Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Müzəffər Ali Baş Komandan birliyin, qüdrətin və zəfərin simvolu

Müzəffər Ali Baş Komandan birliyin, qüdrətin və zəfərin simvolu

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Tarixin müxtəlif dövrlərində çətin sınaqlar qarşısında qalan Azərbaycan xalqının böyüklüyü belə məsuliyyətli anlarda öz milli ideyaları və uzaqgörən milli lideri ətrafında birləşə bilməsindədir. XX əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız məhz Ümummilli Liderin həyata keçirdiyi böyük tarixi missiya sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxa bildi, dövlətçiliyimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bir yumruq kimi birləşməsi isə Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təmin olunması kimi böyük tarixi missiyanın həyata keçirilməsi ilə nəticələndi.

Ölkəmizə rəhbərliyi dövründə Prezident İlham Əliyevin apardığı siyasət xalqımızın mənəvi-psixoloji cəhətdən möhkəmlənməsi, vətəni, onun mənafelərini hər şeydən uca tutan bütöv bir nəslin yetişməsi ilə əlamətdar olub. Bu hal Vətən müharibəsi zamanı Azərbaycan oğullarının göstərdiyi yüksək qəhrəmanlıq nümunələri, xalqın vahid amal ətrafında bir yumruq kimi sıx birləşməsi şəklində təzahür etdi.

Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü, ardıcıl və uzaqgörən siyasət etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını monolit birliyə çevirdi, onların bir nəfər kimi birləşərək azğın düşmənin başını əzməsi ilə nəticələndi. Xalqımızın birliyini təmin edən İlham Əliyev erməni təbliğatının illərlə Azərbaycan xalqını parçalamaq üçün göstərdiyi səyləri də boşa çıxardı. Məhz bu siyasətin məntiqi nəticəsi idi ki, vaxtilə Ulu Öndərin söylədiyi “Hamımızın bir vətəni var, bu da Azərbaycandır” kəlamını rəhbər tutan Azərbaycan əsgəri şanlı zəfəri təmin etdi, dünya hərb tarixinə qəhrəmanlıq salnamələri yazdı.

İlham Əliyevin apardığı uzaqgörən siyasət “azərbaycanlılarla birgə yaşamağın mümkün olmaması” barədə erməni təbliğatının illərlə yaydığı daha bir uydurmanı darmadağın etdi. Vətən müharibəsi zamanı etnik və dini baxımdan fərqli, lakin mənəviyyat baxımından eyni olan çoxsaylı xalqların sarsılmaz qardaşlıq ailəsi olan Azərbaycan xalqı dövlətinin və Prezidentinin ətrafında birləşərək bu yalanı ifşa etdi.

Vətən müharibəsi zamanı öz mənəvi saflığını, vətənə sədaqətini bir daha göstərən Azərbaycan xalqının oğullarını cəbhəyə gülə-gülə, şəhidini isə son mənzilə “Vətən sağ olsun” deyə yola salması bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin nə qədər sağlam əsasa malik olduğunu bir daha sübut etdi. Yeganə övladını belə, Vətən yolunda qurban verən Azərbaycan anaları və ataları dünyaya vətənpərvərlik dərsi keçməklə Azərbaycan xalqının və dövlətinin qüdrətini bir daha nümayiş etdirmiş oldular.

Vətəndaşların milli vətənpərvərlik ruhunda düzgün tərbiyəsinin nəticəsi idi ki, minlərlə Azərbaycan gənci Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollandı, sinəsini düşmən gülləsinə sipər edərək öz qanları və canları bahasına müqəddəs torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdılar. Düşmən ordusunda on min fərari olduğu halda, cənab Ali Baş Komandanın  fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər  də olsun fərari olmadı.

Canını vətənə sipər etmiş Azərbaycan oğulları xüsusilə cənab İlham Əliyevin hakimiyyəti dövründə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində aparılmış siyasətin yetirmələri idilər. Ali Baş Komandan məhz bu məqama diqqət çəkərək vurğulamışdı: “Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər”. Bəli, Vətən müharibəsinin iştirakçılarının bir çoxu Birinci Qarabağ müharibəsindən sonra anadan olmuş, 30 ilə yaxın işğal altında qalan torpaqları heç zaman görməmişdilər. Lakin aldıqları düzgün tərbiyə, qəlblərində olan vətən sevgisi, mənfur düşmənə qarşı bəslədikləri nifrət onları Vətən torpaqlarının azad olunması kimi müqəddəs bir vəzifəni yerinə yetirməyə sövq etdi.

Dünya tarixinə nəzər saldıqda məlum olur ki, öz xalqını vahid amal ətrafında birləşdirmək çox az liderə nəsib olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində apardığı uğurlu siyasət onu sözün həqiqi mənasında xalqın qəlbini fəth edən böyük liderə çevirib. Məhz bu sevginin nəticəsi idi ki, Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” çağırışı bütöv bir xalqı ayağa qaldıra, dünya tarixində bənzəri olmayan şanlı zəfərə sövq edə bildi.

Bu gün Azərbaycan xalqı deyiləndə Ali Baş Komandan İlham Əliyev, İlham Əliyev dedikdə isə Azərbaycan xalqı başa düşülür. İlham Əliyevin xalqın birliyinə əsaslanan siyasi xətti hazırda Azərbaycan Respublikasının qüdrətli bir dövlət kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmasına səbəb olub. Məhz bu birliyin nəticəsidir ki, Ermənistan və onun xarici himayədarlarının bütün cəhdlərinə və təxribatlarına baxmayaraq, Azərbaycan dövləti dövlət sərhədləri və ayrılmaz tərkib hissəsi olan Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa edə bildi. Bu, müasir dünyamızda demək olar ki, oxşar problemləri olan digər dövlətlərin əldə edə bilmədiyi çox mühüm uğurdur. Eyni zamanda bu, öz xalqının gücünə əsaslanan Prezident İlham Əliyevin son 200 ildə Azərbaycanın heç bir dövlət başçısının həll edə bilmədiyi mühüm bir missiyadır.

Xalqın birlik, qüdrət və zəfər simvoluna çevrilən Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan Respublikasının daha da qüdrətlənməsinə, xalqımızın rifahının daha da yüksəldilməsinə, dövlətimizin qarşısında dayanan növbəti böyük tarixi missiyaların həyata keçirilməsinə yönəlib.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın rifahı və dövlətimizin qarşısında dayanan növbəti böyük tarixi missiyaların həyata keçirilməsi yolunda tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq.

Vasif Qafarov

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri