8 saatlıq yuxumuza haram qatıldı : Nevroloq bu mifi dağıtdı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gündəlik 8 saatlıq yuxu norması ilə bağlı illərdir bildiyimiz məlumatlar əslində mif imiş. Tanınmış nevroloq Qay Leştsiner "The Guardian" nəşrinə müsahibəsində yuxu ilə bağlı ən populyar yanılma haqda danışıb.
Ölkə.az xəbər verir ki, mütəxəssis hər kəsin eyni miqdarda yuxuya ehtiyacı olmadığını bildirib.
Nevroloqun sözlərinə görə, əsas meyar rəqəmlər deyil, insanın özünü necə hiss etməsidir:
"Əgər az yatmağınıza baxmayaraq, gün ərzində yorğunluq hiss etmirsinizsə və diqqətiniz dağılmırsa, deməli, bu rejim sizin orqanizminiz üçün normaldır".
Həkim həmçinin qeyd edib ki, bir gecəlik yuxusuzluq sağlamlığa ciddi zərər vurmur, çünki beyin bu itkini kompensasiya etmək qabiliyyətinə malikdir. Lakin o, xroniki yuxusuzluğun təhlükələri barədə xəbərdarlıq edib. Davamlı yuxu çatışmazlığı insult, ürək-damar xəstəlikləri, koqnitiv pozuntular və immunitetin zəifləməsinə yol açır. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 28 Mart 2026 03:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















