Icma.az
close
up
RU
Nevroloq: Miqren adi başağrısı deyil AZƏRTAC

Nevroloq: Miqren adi başağrısı deyil AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya üzrə 1 milyarddan çox insan miqrendən əziyyət çəkir

Bakı, 27 oktyabr, AZƏRTAC

Miqren yalnız adi başağrısı deyil, müxtəlif problemlərlə müşayiət olunan və həyat keyfiyyətinə ciddi təsir edən kompleks nevroloji xəstəlikdir. Miqren təkcə başağrısı ilə məhdudlaşmır, xəstələr buna məruz qaldıqdan sonra əvvəl görmə pozğunluqları, tinnitus (qulaqda küy) və hətta hallüsinasiya kimi simptomlar yaşaya bilərlər.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, mövzu ilə bağlı nevrologiya və elektronevrofiziologiya mütəxəssisi Mələk Özarslan məlumat verib.

M.Özarslan bildirib ki, miqren genetik bir xəstəlik olaraq, xüsusilə qadınlarda daha çox rast gəlinir: “Lancet Neurology Journal”da dərc edilən bir araşdırmaya görə, dünya üzrə 1 milyarddan çox insan miqrendən əziyyət çəkir. Miqrenin xüsusilə qadınlarda hormonal dəyişikliklərlə bağlı olduğu vurğulanır, hamiləlik və menopauza dövründə miqren ağrıları daha şiddətli olur. Miqrenin başağrısına səbəb olan əsas faktorları beynin qan damarlarının genişlənməsi və sinir liflərindən müxtəlif kimyəvi maddələrin sərbəst buraxılmasıdır. Ağrı adətən boyun nahiyəsindən başlayır və başın digər hissələrinə yayılır. Miqrenin təsiredici faktorları fərqli ola bilər”.

M.Özarslan bəzi qidaların, o cümlədən pendir, şokolad, quru paxlalılar və spirtli içkilərin miqren tutmalarını artırdığını bildirib: “Eyni zamanda, yuxu rejiminin pozulması, emosional gərginlik, çox sıx idman və parlaq işıqlar da miqren tutmalarına səbəb ola bilər. Miqren bəzi insanlar üçün yaradıcılıqla da əlaqəlidir. Miqren zamanı beyin strukturlarında dəyişikliklər baş verə bilər və bu, yaradıcılıq prosesinə təsir edər. Buna görə də bir çox yazıçı və şairlərin əsərlərini miqren tutmaları dövründə yaratdığı söylənilir. Miqren müalicəsində fərdi yanaşma vacibdir. Hazırda bununla bağlı yeni profilaktik peyvəndlər və dərmanlar tədqiqat mərhələsindədir. 2023-cü ildə aparılan bir araşdırma, başağrısı başlamazdan əvvəl qəbul edilən “ubrogepant” adlı dərmanın miqren tutmalarını əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Bundan əlavə, botoks müalicəsi də xroniki miqrenin qarşısını almaqda təsirli sayılır. Sistematik araşdırmalara görə, botoks müalicəsi bir çox xəstədə miqren tutmalarının tezliyini və şiddətini azaldır”.

M.Özarslanın sözlərinə görə, miqren genetik xarakter daşısa da, onu taleyə çevirmək lazım deyil: “Düzgün müalicə və həyat tərzinin tənzimlənməsi ilə miqrenin idarə edilməsi mümkündür. Miqrenli xəstələrdə yüngül idman, kifayət qədər su içmək və düzgün qidalanma kimi profilaktik tədbirlər tutmaların tezliyini azalda bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri