8 yaşında
Icma.az, Modern.az saytına istinadən bildirir.
Bu gün İqtisadiyyat.az xəbər portalının 8 yaşı tamam olur. 2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir.
Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.
Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.
Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində İqtisadiyyat.az bu gün etibarlı xəbər mənbəyinə çevrilib.
İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsilə də müstəqil informasiya siyasəti həyata keçirir.
Bu gün İqtisadiyyat.az "Telegram"da 20 minə yaxın, "İnstagram"da 73 min, "Tiktok"da 150 min, "Facebook"da isə 105 min izləyiciyə sahibdir.
Modern.az olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik.
Baxış sayı:84
Bu xəbər 31 Oktyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















