Xəzərdə yeni marşrut: Moskva Bakı kruiz reysi açılır
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya yaxın vaxtlarda Moskva ilə Bakı arasında kruiz gəmisi marşrutunu istifadəyə verməyi planlaşdırır.
"AzPolitika" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" telekanalına müsahibəsində bildirib.
Hakimov qeyd edib ki, lüks yaxta ilə səfər ümumilikdə 14 gün davam edəcək və hər bir istiqamət 7 gün çəkəcək.
Hakimovun sözlərinə görə, layihə Rusiya Sənaye və Ticarət Nazirliyinin subsidiyaları da daxil olmaqla, dövlət dəstəyi ilə reallaşdırılır:
"Yaxın gələcəkdə Moskva–Bakı kruiz reysini başlatmağı planlaşdırırıq. Hazırda bir gəmi tam hazırdır, digər iki gəminin isə tikintisi son mərhələdədir. Marşrut uğurlu olarsa, həmin iki gəmi də Bakı istiqamətinə yönləndiriləcək".
İlkin mərhələdə xəttə bir kruiz gəmisinin buraxılması, tələbat olacağı təqdirdə isə daha iki gəminin prosesə qoşulması nəzərdə tutulur. Kruizlərin dəqiq başlama tarixi hələ ki açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 31 Oktyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















