“80 ci illərin hit mahnıları” Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında retro gecə FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində musiqisevərlər üçün nostalji dolu retro gecə keçirildi. "80-ci illərin hit mahnıları" adlı konsert proqramında dövrün yaddaşlara həkk olunmuş mahnıları sevilən müğənnilərin ifasında səsləndirildi.
Retro gecədə səhnə alan solistlər arasında Xalq artistləri Gülyaz Məmmədova və Heydər Anatollu, eləcə də ifaçılar İlhamə Qasımova, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Mədinə Kazımova, Fəxri Kazım Nicat və Rövşən Qəhramanov, Taleh Yəhyayev, Könül Məmmədova, Leyla Babayeva, Aysel Hüseynzadə, Səttar Qəmbərov və Rasim Səfər yer aldı. Konsert instrumental ansamblın canlı müşayiəti ilə baş tutdu.
Proqram 80-ci illərin musiqi ruhunu, həmin dövrün emosiyasını və estetik atmosferini yenidən yaşatdı. Bu gecə təkcə bir konsert deyil, bir nəslin xatirələrinə səyahət, musiqi vasitəsilə zamanın geriyə dönməsi kimi yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 30 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















