Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ilk dəfə NEON TAMAŞA! VİDEO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə start verir.
Belə ki, 28 noyabr tarixində teatrın səhnəsində ilk dəfə olaraq neon tamaşa - "Bir Dəniz Hekayəsi" təqdim olunacaq.
Bu unikal səhnə layihəsi dənizin sükutunda gizlənən duyğuları işıq, rəqs və musiqinin harmoniyası ilə birləşdirərək tamaşaçıya həm vizual, həm də emosional təcrübə bəxş etməyi hədəfləyir. Neon işıqların və müasir səhnə texnologiyalarının müşayiəti ilə qurulan tamaşa dəniz mövzusunu simvolik səviyyədə təqdim edir - insanın daxili dünyası, sakitlik və dalğalanan hisslərin bədii ifadəsi kimi.
Tamaşa iki seansda nümayiş olunacaq:
I seans: 19:00
II seans: 20:30
"Bir Dəniz Hekayəsi" yalnız izlənilən deyil, yaşanan bir səhnə hadisəsidir. Bu layihə teatr sənətində musiqi, rəqs və vizual estetikanın yeni bir sintezini təqdim etməklə tamaşaçılara fərqli teatr təcrübəsi qazandıracaq.
Biletləri https://iticket.az/events/theatre/a-sea-story2025 və şəhərin kassalarından əldə edə bilərsiniz.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















