Icma.az
close
up
RU
86 yaşlı kişi ortada qalıb, ev davası edirlər

86 yaşlı kişi ortada qalıb, ev davası edirlər

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Uzun illərdir ki, sosial verilişlərdə ekspert kimi fəaliyyət göstərirəm. Bütün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, heç vaxt haqsızlığa göz yuma bilmirəm. Biz bu verilişlərə ekspert olaraq qatılırıqsa, bu o demək deyil ki, büsbütün qüsursuzuq və həyatımızda səhvlər olmayıb. Əksinə, elə həyat təcrübəmiz, yaşadığımız acı və şirin hadisələr bizə imkan verir ki, studiyaya gələn insanlara düzgün yol göstərək, onlara nəsihət verək. Bəzən isə birlikdə çıxış yolu axtaraq ki, həyatları puç olmasın".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb. "Bizimləsən" verilişinə gələn bir qadınla mübahisə edən aktrisa məsələyə aydınlıq gətirib:

"Təəssüf ki, bəzən verilişə müraciət edən şəxslər bizdən mühüm məlumatları gizlədirlər. Daha sonra sosial şəbəkələr üzərindən bizə yazaraq bildirirlər ki, filan iştirakçı efirdə yalan danışıb. Biz bu yalanları üzə çıxaranda isə, onlara ləzzət etmir...

"Bizimləsən" verilişinə müraciət edən 86 yaşlı bir kişi hazırda ortada qalıb. Hətta onun üzərindən gələn xoşagəlməz qoxu bütün studiyanı bürüyür. Nəvəsi və nəticəsi studiyaya gələrək ev davası edir, guya babalarına görə can yandırırlar. Mən isə açıq şəkildə dedim: “Əvvəlcə babanızın gigiyenik və sanitar baxımsızlıq vəziyyətini həll edin, sonra ev məsələsini müzakirə edərsiniz". Bu isə qarşı tərəfdə narazılıq doğurdu, münaqişəyə çevrildi.

Ən önəmlisi isə odur ki, kişinin doğma övladı atasına sahib çıxmaq, ona qayğı göstərmək istəyir. Təəssüf ki, nəvə və nəticə şəxsi ambisiyaları naminə buna imkan vermirlər...

Məhz sosial verilişlərdəki ekspertlik fəaliyyətimə görə xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib. Bu ad illərdir cəmiyyətin qarşısında qorxmadan həqiqəti söylədiyim, ağa “ağ”, qaraya “qara” dediyim üçün mənə layiq görülüb.

Peşəkar aktrisayam. İstəsəm, elə aristokrat, xanım-xatun obrazı yaradaram ki, hamı heyrətlə baxar. Amma efirdə sərgilədiyim emosiyalar rol deyil, içdən gələn bir yanğı, bir vətəndaş ağrısıdır. Yoxsa heç vaxt səhhətimə zərər verəcək qədər emosiyalara qapılmaram.

Bunun da fərqindəyəm ki, düşmənlərim emosional vəziyyətimdən qərəzli şəkildə istifadə edərək sosial şəbəkələrdə mənə qarşı manipulyativ və təhrif olunmuş məlumatlar yayırlar. Lakin gözəl bir atalar sözümüz var: "Yel qayadan nə aparar?". Güclü külək əsirsə, qoy söyüd narahat olsun. Çinara heç nə olmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 İyul 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see326

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see274

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see232

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see227

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see225

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see222

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see221

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see219

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see219

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see215

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see206

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see202

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see196

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see185

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see184

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see182

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see181

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see167

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri