Məşq bazasında huşunu itirən Kompani Bavariya ya qayıtdı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubun ofisində kompüter arxasında əyləşib.
Kompani zədələnmiş futbolçuların, o cümlədən Luis Diasın meydançada keçdiyi bərpa məşqlərini izləmək istəyib. O həmçinin köməkçisi Floribert Nqalula və klubun idman direktoru Kristof Freyndlə görüşüb.
Qeyd edək ki, Kompani oktyabrın 23-də klubun məşq bazasında huşunu itirərək xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra ona beyin qişalarının qıcıqlanması diaqnozu qoyulub. Mütəxəssis oktyabrın 28-də xəstəxanadan evə buraxılıb.
Belçikalı məşqçinin komandanın oyunlarına nə vaxt qayıdacağı hələ dəqiqləşməyib. Onun noyabrın 20-də "Köln"lə görüşdə yenidən ehtiyat oyunçular skamyasında yer alması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Noyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















