9 aylıq axtarışın nəticəsi: Balinalar yoxa çıxıb
Lent az saytına istinadən Icma.az xəbər verir.
Alimlər doqquz ay ərzində Qalapaqos adaları ətrafında mavi balinaları axtarsalar da, heç birinə rast gəlməyiblər.
Lent.az xəbər verir ki, araşdırma 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək davam edib.
Tədqiqatçıların əsas məqsədi balinalara peyk izləmə cihazları yerləşdirərək onların miqrasiya marşrutlarını öyrənmək olub.
Lakin intensiv axtarışlara baxmayaraq, bir dənə də olsun mavi balina tapılmayıb.
Alimlər bu vəziyyəti Sakit okeanda müşahidə olunan El-Ninyo hadisəsi ilə əlaqələndirirlər. Okean sularının isinməsi balinaların əsas qida mənbəyi olan kril və digər canlıların yayılmasına təsir göstərə bilər.
Ehtimal olunur ki, balinalar daha soyuq və qida ehtiyatı zəngin olan cənub sularına üz tutublar.
Tədqiqatçılar okean şəraiti normallaşdıqdan sonra onların bölgəyə qayıda biləcəyini düşünürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Noyabr 2026 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















