Qlobal idarəetmə islahatlarına töhfə: Bakıda BMT sammiti başladı FOTOLAR
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
Moderator.az xəbər verir ki, sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutur.
Sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.
Qeyd edək ki, sammit 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunub.
İki gün davam edəcək sammitdə dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, Töhfə Sazişinin məqsədi “ASAN xidmət” təcrübəsinin BMT tərəfindən 4 qitədə təbliği və bu istiqamətdə beynəlxalq tədbirlərin təşkilidir. O cümlədən BMT-yə üzv olan ən az inkişaf etmiş ölkələrin (LDC), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə, dövlət xidmətlərinin göstərilməsi və “ASAN xidmət” modelinin tətbiqi sahələrində müxtəlif təlimlərin təşkili əsas hədəflərdir.
Ötən dövr ərzində layihənin icrası çərçivəsində BMT tərəfindən “ASAN xidmət” təcrübəsinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Nyu-Yorkdakı mənzil-qərargahında, Afrika qitəsində yerləşən ölkələr üzrə Afrika İttifaqının mənzil-qərargahında, Karib hövzəsində yerləşən ölkələr üzrə Dominikan Respublikasında beynəlxalq tədbirlər təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















