“90 milyard avroluq krediti bloklamayacağıq” − Madyar
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditini bloklamaq niyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar mətbuat konfransında danışıb.
Madyar vurğulayıb ki, Macarıstanın vəsaitləri bu ümumavropa kreditində istifadə olunmayacaq.
Qeyd edək ki, Aİ liderləri (Macarıstanın keçmiş Baş naziri Viktor Orban da daxil olmaqla) 2025-ci ilin dekabrında Ukraynaya 90 milyard avroluq kreditlə razılaşıblar. Macarıstana, eləcə də Çexiya və Slovakiyaya kreditə öz vəsaitlərini yatırmamaq seçimi verilib.
Aİ liderləri tərəfindən kreditlə bağlı rəsmi səsvermə fevral ayına təyin olunmuşdu. Qısa müddət əvvəl Orban Macarıstanın razılığını geri götürdüyünü və kreditə veto qoyacağını açıqlayıb. Buna səbəb “Drujba” boru kəməri vasitəsilə Macarıstana Rusiya neftinin daşınmasının dayandırılması olub. Ukrayna bunun Rusiyanın pilotsuz təyyarəsinin hücumu ilə bağlı olduğunu iddia edib. Bunun müstəqil təsdiqi olmayıb və Kiyev Avropa müfəttişlərinin əraziyə daxil olmasına icazə verməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:Ukraynaya 90 milyard avroluq Aİ nin dəstək krediti...
21 Yanvar 2026 19:25
KİV: Aİ Ukraynaya 90 milyard avroluq krediti razılaşdırıb
18 Mart 2026 03:31
“Aİ Ukrayna üçün 90 milyard avroluq krediti blokdan çıxarıb” Koşta
23 Aprel 2026 16:50
“Macarıstan Ukrayna üçün 90 milyard avroluq krediti açmağa hazırlaşır“ “Bloomberg“
20 Aprel 2026 21:51
Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi
22 Aprel 2026 16:40
Baxış sayı:96
Bu xəbər 13 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















