Icma.az
close
up
RU
90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib

90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

May ayının 10-da Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində uzun illər pedaqoji fəaliyyət göstərmiş, el arasında böyük hörmət qazanan 90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yubiley mərasimində kənd sakinləri, ictimaiyyət nümayəndələri, ziyalılar və Şərifə müəllimin yaxın qohumları iştirak ediblər.

Məmmədova Şərifə Əbdülhəsən qızı 1934-cü ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində dünyaya göz açıb. Təhsilini Qərbi Azərbaycanda alıb və sonradan doğma kəndində 50 ilə yaxın ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. O, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib, yüzlərlə şagird yetişdirərək cəmiyyətə savadlı və vətənpərvər gənclər qazandırıb.

Şərifə müəllimin qardaşı Məmmədov Nəriman Əbdülhəsən oğlu da bölgənin tanınmış ziyalılarından biri olub. O, uzun illər müəllim və məktəb direktoru kimi çalışaraq kəndin maariflənməsində mühüm xidmətlər göstərib.

Şərifə müəllimin qardaşı oğlu Altay Məmmədov Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Kənd ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri Şərifə müəllimin təhsil sahəsindəki xidmətlərindən, onun yüksək insani keyfiyyətlərindən və gənc nəslə örnək olan həyat yolundan danışıblar. Çıxış edənlər bildiriblər ki, Şərifə müəllimə illər boyu yalnız müəllim deyil, həm də insanların mənəvi dayağı, kəndin hörmətli ziyalısı olub. Onun savada, elmə və vətənə bağlılığı bu gün də gənclər üçün nümunədir.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin daim xalqımız üçün örnək olduğu vurğulanıb. Bildirilib ki, Şərifə müəllimənin həyatı və fəaliyyəti məhz bu dəyərli kəlamın canlı nümunəsidir.

Yubiley tədbirinin təşkilinə maddi dəstəyi Şərifə müəllimin qardaşı oğlu Qoşqar Məmmədov göstərib. Tədbirin təşkilatçıları isə kənd sakinləri müəllimə Mehdiyeva Qalibə, Kərimov Pənah və müəllimə Süleymanova Növrəstə olublar.

Tədbirin sonunda milli musiqilər səsləndirilib, rəqslər ifa olunub və yubiley iştirakçılarında xoş ovqat yaradılıb.

Öndər TV kollektivi adından Şərifə müəlliməyə möhkəm can sağlığı, uzun ömür və yeni yaşında ailə səadəti arzulayırıq.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 May 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri