Icma.az
close
up
RU
“907 ci düzəliş”in ləğvi gündəmdə

“907 ci düzəliş”in ləğvi gündəmdə

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

1992-ci ildə ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"na (FreedomSupport Act) “907-ci düzəliş”i qəbul etdi.

Bu akt keçmiş sovet respublikalarına iqtisadi və humanitar yardım göstərilməsini nəzərdə tuturdu. Lakin düzəliş Azərbaycan hökumətinə birbaşa dövlət yardımını qadağan edirdi. Bu qərarın qəbul edilməsində ABŞ-dəki  erməni diasporunun güclü lobbiçilik fəaliyyəti və konqresmenlərin 1988–1994-cü illərdə Qarabağ münaqişəsi zamanı Azərbaycanın Dağlıq Qarabağa tətbiq etdiyi blokadaya görə narahatlığı əsas rol oynadı.

Rəsmi izahata görə, düzəliş "Ermənistana və Dağlıq Qarabağa humanitar yardımın qarşısının alınmasına cavab olaraq" qəbul edilmişdi. Bununla belə, düzəliş özəl humanitar yardımlara şamil olunmurdu və neft-qaz sektoruna təsir etmirdi. Bu da" ExxonMobil" və "Chevron" kimi Amerika şirkətlərinin Azərbaycanla neft və qaz hasilatı sahəsində əməkdaşlığını davam etdirməsinə imkan verirdi. 

“907-ci düzəliş”in müvəqqəti dayandırılması

2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ-də CorcBuş administrasiyası qlobal terrorizmlə mübarizəyə başladı. Bu çərçivədə Vaşinqton Azərbaycanla, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istəyirdi. Lakin “907-ci düzəliş” bu prosesə ciddi maneə yaradırdı. 2002-ci ildə ABŞ Konqresi düzəlişin müvəqqəti dayandırılmasına razılıq verdi və bununla da Vaşinqton Bakıya birbaşa hərbi və maliyyə yardımı göstərmək imkanı qazandı. Bu qərarın qəbul edilməsində Azərbaycanın strateji əhəmiyyəti əsas rol oynadı: 

• Ölkə mühüm geosiyasi mövqeyə malik idi və ABŞ-nin Əfqanıstandakı əməliyyatlarında vacib tərəfdaş sayılırdı; 

• Azərbaycan NATO ilə əməkdaşlıq edir, hərbi yüklərin daşınması üçün öz hava məkanını ABŞ-yə açırdı; 

• Amerika neft şirkətləri Azərbaycanın enerji resurslarına böyük maraq göstərirdi. 

Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi dəstəklənir, Avropanın Rusiya neft və qazından asılılığını azaltmaq hədəflənirdi. Lakin zaman keçdikcə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti azaldı və Vaşinqton yenidən təzyiq siyasətinə qayıtdı. “907-ci düzəliş” siyasi alət kimi istifadə olunmağa başladı və vəziyyətdən asılı olaraq Bakıya təzyiq vasitəsi kimi tətbiq edildi. ABŞ isə insan haqları məsələsində Azərbaycana qarşı sərt ittihamlar irəli sürsə də, eyni problemlərin yaşandığı, lakin Vaşinqtonla yaxın münasibətləri olan ölkələrə göz yumurdu. 

ABŞ-nin ikili standartları 

ABŞ-nin Azərbaycana münasibəti ikiqat standartlar siyasətinin açıq nümunəsidir. Vaşinqton “907-ci düzəliş”i öz maraqlarına uyğun olaraq istifadə edirdi – lazım olanda onu müvəqqəti dayandırır, marağı azaldıqda isə yenidən tətbiq edirdi. Bu yanaşma qərarların mənəvi dəyərlərə deyil, sırf geosiyasi və iqtisadi maraqlara əsaslandığı "Realpolitik" konsepsiyasına tam uyğundur. ABŞ-nin oxşar siyasət apardığı nümunələr: 

• Pakistan – 1980-ci illərdə ABŞ onu Əfqanıstandakı müharibədə fəal şəkildə dəstəkləyirdi. Lakin 2001-ci ildən sonra Vaşinqton Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham etməyə başladı.

 • İraq – 1980-ci illərdə Vaşinqton Səddam Hüseyni İrana qarşı dəstəkləyirdi. Ancaq 2003-cü ildə ABŞ İraqa müdaxilə edərək onu qlobal təhlükə elan etdi. 

• Səudiyyə Ərəbistanı – İnsan haqlarının pozulması ilə bağlı daim tənqid edilsə də, neft ehtiyatları və strateji mövqeyi səbəbindən ABŞ-nin əsas tərəfdaşlarından biri olaraq qalır. 

“907-ci düzəliş”in ləğv edilməsi cəhdləri 

Son illərdə “907-ci düzəliş”in tamamilə ləğv edilməsi ilə bağlı müzakirələr intensivləşib. Xüsusilə, 50-dən çox amerikalı ravvin Prezident Donald Trampa müraciət edərək "Avraam sazişləri" çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi türk dövlətlərini də bu prosesə daxil etməyi təklif ediblər. Eyni zamanda, düzəlişin qüvvədə qalmasının ABŞ və İsrailin maraqlarına zidd olduğu vurğulanaraq, onun ləğvi üçün çağırışlar artıb.

Bildirilir ki, ABŞ-nin digər yəhudi təşkilatları, o cümlədən ultraortodoks icmaları da bu məsələ ilə bağlı Vaşinqtona müraciətlər edəcəklər. "Avraam sazişləri" İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş mühüm diplomatik təşəbbüsdür. 2020–2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə imzalanan bu sazişlərə artıq BƏƏ, Bəhreyn, Mərakeş və Sudan qoşulub. Azərbaycanın da bu prosesə cəlb olunması strateji baxımdan əlverişli addım kimiqiymətləndirilir. Bütün bunlar göstərir ki, ABŞ-nin xarici siyasəti ədalət prinsiplərinə deyil, daha çox praqmatizmə əsaslanır.

“907-ci düzəliş”in Vaşinqton tərəfindən təzyiq vasitəsi kimi istifadə olunması sübut edir ki, ABŞ üçün əsas prioritet öz maraqlarıdır, uzunmüddətli sabitlik və tərəfdaşlıq isə ikinci planda qalır. Bu yanaşma təkcə ABŞ-nin deyil, ümumilikdə beynəlxalq diplomatiyanın əsas xüsusiyyətlərini əks etdirir. Burada mənəvi dəyərlər çox vaxt geosiyasi və iqtisadi maraqlara qurban verilir. Azərbaycan isə bu ikiqat standartları dərk edərək xarici siyasətini şaxələndirməkdə davam edir və Türkiyə, Rusiya, Çin kimi ölkələrlə əlaqələrini daha da gücləndirir. 

YuriBoçarov, israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru 

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri