Icma.az
close
up
RU
“907 ci düzəliş”in ləğv edilməməsi Konqresdə ətalət göstəricisidir

“907 ci düzəliş”in ləğv edilməməsi Konqresdə ətalət göstəricisidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın qanunvericilik sistemi köhnə ənənədən xilas olmağa tələsmir

Oxuculara ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşrinin Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi tamamilə ləğv etməyə və bununla da Azərbaycanla ABŞ arasında əməkdaşlığı gücləndirməyə çağıran məqaləsi barədə məlumat vermişdik. Amma dünyanın supergücünün parlamentinin qanunlara əlavə və düşəlişlər etməkdə mühafizəkar davrandığını qeyd etmişdik. Konqresin bu mühafizəkarlığı cəmiyyətdə, bir növ, mənəvi həmrəylik simvolu kimi qəbul edilən normaya çevrilib. Bir də ki, düzəlişin ləğvinin zərurətə çevrildiyini seçicilərə izah etməkdənsə, qanunvericilər üçün köhnə mexanizmi necə varsa saxlamaq daha asandır.

Bu vərdiş xüsusilə aktiv erməni icmasına malik dövləti təmsil edən Konqresin üzvləri üçün norma halını alıb. Axı qanunvericiliyə ediləcək istənilən xarakterli düzəliş yeni presedent kimi dərhal medianın gündəmini zəbt edəcək, onun müxtəlif ittihamlarına səbəb olacaq. Məhz bu səbəbdən belə bir məsələnin qaldırılması Kapitolidə əyləşənlər üçün qətiyyən sərfəli deyil. Baxmayaraq ki, onlara çox yaxşı məlumdur ki, Birləşmiş Ştatların qanunvericiliyinə yamaq sayılan bu bənd Qarabağ münaqişəsinin qızğın vaxtında erməni diasporunun təsiri altında qəbul edilib və bu gün də Vaşinqtonun Bakıya birbaşa yardımını məhdudlaşdırır.

Azərbaycan ABŞ-la ikitərəfli görüşlərdə “Azadlığa Dəstək Aktı”na bu ədalətsiz və bədnam düzəlişin ləğvində israrlı olsa da, Konqres indiyədək bu addımı atmaqdan boyun qaçırıb. Ortaya sual çıxır: niyə? “Stars and Stripes” jurnalının Konqresin üzvlərinə məlum çağırışı siyasi siqnal kimi qəbul edilə bilərmi? Məqsəd, doğrudanmı ABŞ–Azərbaycan münasibətlərinə yenidən baxmağa nail olmaqdır?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev XQ-yə açıqlamasında qeyd etdi ki, Azərbaycan uzun müddətdir 907-ci düzəlişi ləğv etməyə çalışsa da, bunun tamamilə aradan qaldırılması kifayət qədər mürəkkəb məsələdir: “Düzəlişin tətbiqinin dayandırılması bir məsələdir, onun tamamilə ləğvinə nail olmaq isə başqa şeydir. Biz görürük ki, 1970-ci illərdə ABŞ-da Sovet İttifaqı ilə bağlı qəbul edilmiş bəzi qanunlar bu gün də öz qüvvəsində qalmaqdadır. Misal üçün, bu yaxınlarda ABŞ–Mərkəzi Asiya sammitində 1970-ci illərdə qəbul edilmiş və SSRİ-yə müəyyən məhdudiyyətlər tətbiq edən “Cekson-Venik düzəlişi” digər məsələlərlə yanaşı, müzakirə olundu. Həmin düzəliş sonralar keçmiş Sovet İttifaqının bir sıra respublikalarına da şamil edildi və formal olaraq hələ də qüvvədədir. Bu düzəlişin tətbiqi bəzən dayandırılmış və ya məhdudlaşdırılmış, amma heç vaxt tamamilə ləğv edilməmişdir. Bunun səbəbi, birincisi, Konqresin hər iki palatasında iqtidardakı partiyanın mütləq səs çoxluğu tələb olunur. İkincisi, həm demokratlar, həm də respublikaçılar belə bir düzəlişin ləğvinə səs verməyə hazır olmalıdırlar. Təcrübə göstərir ki, belə təsadüflər, çox nadir hallarda baş verir”. Politoloq hesab edir ki, Ağ Ev və konqresmenlər qəsdən bəzi belə cəza tədbirlərini “ehtiyatda” saxlayır, lazımi anda siyasi qovluqdan çıxararaq təzyiq vasitəsi kimi dövriyyəyə buraxırlar.

Pentaqonun rəsmi nəşrinin çağırışı ilə ABŞ müttəfiqlərinə və tərəfdaşlarına nümayiş etdirir ki, Vaşinqton bu gün tarixdən miras qalmış və “istismar müddəti başa çatmış” vasitələrlə deyil, praqmatizmə əsaslanan yeni xətlə hərəkət edir. Məqsəd regionda ABŞ-ın siyasətinə inamı gücləndirməkdir. Digər bir versiyaya görə, bu cür nəşrlərin qanunvericilikdəki müəyyən müddəalara yenidən baxılması çağırışı, demək olar ki, həmişə siyasi dairələrin və ictimai rəyin reaksiyasını yoxlamaq üçün ortaya atılır. 907-ci düzəliş, şübhəsiz ki, 33 il bundan əvvəl – Azərbaycanın bir hissəsinin işğal altında olduğu dövrdə tamamilə ədalətsiz olaraq qəbul edilmiş qərarlardan biridir.

Donald Trampın hakimiyyəti dövründə ABŞ–Azərbaycan münasibətlərinin xeyli yaxşılaşdığına diqqəti çəkən F.Şəfiyevin qənaətinə görə, 907-ci düzəlişin tamamilə ləğv edilib-edilməyəcəyi hələlik sual olaraq qalmaqdadır: “Axı, təkrar edirəm, bunun üçün Konqresin hər iki palatasının - Nümayəndələr Palatasının və Senatın səs çoxluğu ilə təsdiqi lazımdır. Problem, məncə, ilk növbədə demokratlardadır. Baxmayaraq ki, bu və ya digər səbəbdən Ermənistan tərəfini və ya bununla bağlı təşəbbüsləri dəstəkləyən bəzi respublikaçılar da var. Buna görə də, çətin ki, düzəliş tezliklə tamamilə ləğv edilsin. Baxmayaraq ki, əlbəttə, bu proqnozumda yanılmaqdan məmnun olaram”.

* * *

Okeanın o üzündəki ekspertlərin bir çoxu bu qənaətdədir ki, 907-ci düzəlişin qorunub saxlanması onun praktiki əhəmiyyəti ilə deyil, ABŞ siyasətinin simvolik və institusional ətaləti ilə bağlıdır. Bu düzəlişin 1990-cı illərin əvvəllərində, Qarabağ münaqişəsinin kəskin mərhələsində meydana çıxdığı və erməni diasporunun fəal şəkildə işğalçı Ermənistanın “qurban imicini” formalaşdırdığı və Ermənistana qanunvericilik dəstəyi axtardığı bir dövrdə qəbul edildiyi fikrini bölüşənlər də az deyil. Yəni elə o vaxtdan bu müddəa Konqresin mənəvi mövqeyinin, bir növ, simvoluna çevrilib və ondan imtina etmək xeyli çətindir. Bunu etmək istər-istəməz öz prinsiplərinə “xəyanət etmək” kimi ittihamlara səbəb olardı. Amerikalı bir çox siyasətçilər üçün bu, Vaşinqtonun özünü kiçik xalqların himayədarı kimi göstərməyə çalışdığı “soyuq müharibə” dövrünün mənəvi irsinin bir hissəsinə çevrilib. Amma o da gün kimi aydındır ki, belə bir simvolun ləğvi arxaikləşmiş prinsiplərdən uzaqlaşmanın etirafı, praqmatizmin idealizm üzərində qələbəsi kimi qiymətləndiriləcək.

Pentaqonun məlum nəşrinin Bakıya açıq siqnal göndərdiyini də istisna etmək olmaz. Çünki Vaşinqtonda Azərbaycanla daha sıx əməkdaşlığın tərəfdarlarının sayı günbəgün artmaqdadır. Bu, paralel olaraq, rəsmi Bakını Ağ Evlə diplomatik təmasları daha da aktivləşdirməyə və tərəfdaş kimi etibarlılığını nümayiş etdirməyə sövq edir.

Nəhayət, nəşr müraciətində onu da vurğulayır ki, ABŞ siyasətində qərarlar heç vaxt gözlənilmədən, birdən-birə verilmir. Yazır ki, hər hansı məsələ Konqres səviyyəsinə çatdırılmazdan əvvəl bir sıra test sınaqlarından keçirilir. Çox güman ki, bu halda dərgi ekspert icmasından qanunvericilik orqanına fikir ötürmək üçün bir vasitə kimi istifadə edir.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri