Icma.az
close
up
RU
Azərbaycana qarşı 907 ci düzəliş in yenidən dayandırılması və ləğvi mümkündürmü?

Azərbaycana qarşı 907 ci düzəliş in yenidən dayandırılması və ləğvi mümkündürmü?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycana ehtiyac yarandığı təqdirdə "907-ci düzəliş”in hökmünün yenidən dayandırılması məsələsi gündəmə gələ bilər”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın dövründə Azərbaycana qarşı tətbiq edilən "907-ci düzəliş”in fəaliyyətinin dayandırılması və hətta ləğvi məsələsinin gündəmə gəlməsi ehtimalından danışarkən deyib:

"İlkin mərhələdə "907-ci düzəliş”in dərhal ləğv olunacağı və yaxud onun fəaliyyətinin dondurulacağını düşünmürəm. Çünki Donald Trampın andiçmədən sonra verdiyi ilk sərəncamlardan biri ABŞ-ın 90 gün müddətində bütün xarici yardımları dayandırması ilə bağlıdır. "907-ci düzəliş” də dolayısı ilə Azərbaycana edilən yardımların dayandırılmasıyla əlaqəli sənəddir”. 

O baxımdan həmsöhbətimiz yeni ABŞ adminstrasiyasının Cənubi Qafqaza baxışları tam müəyyən olunmayana qədər sözügedən sənədlə bağlı hər hansı bir qərarın veriləcəyini düşünmür: 

"Tramp adminstrasiyasının prioritetləri bəllidir. Bu prioritetlər içərisində Cənubi Qafqazla bağlı siyasəti qeyri-müəyyəndir. Ola bilsin, Türkiyə ABŞ danışıqları kontekstində Cənubi Qafqazla bağlı siyasətin həyata keçirilməsi daha çox Ankaraya həvalə edilsin. Çünki Türkiyə kimin istəyib-istəməməsindən asılı olmayaraq hazırda Cənubi Qafqazda mövcuddur”. 


Bu səbəbdən ekspert düşünür ki, ilkin dövrdə deyil, Cənubi Qafqaz siyasətinin Vaşinqton üçün nə qədər gərəkli olduğu məqam dövriyyəyə çıxanda, Ağ Ev tərəfindən "907-ci düzəliş” məsələsinə baxıla bilər:

"Çünki Cənubi Qafqaz deyəndə mütləq mənada ABŞ-ın yadına Azərbaycan düşəcək. Cənubi Qafqaz körpü rolunu oynayan coğrafiyadır. Həmçinin, ABŞ-ın Orta Asiya siyasəti də Azərbaycan olmadan həyata keçə bilməz. Yəni Azərbaycana ehtiyac yarandığı təqdirdə "907-ci düzəliş” məsələsi gündəmə gələcək. Yalnız bundan sonra Trampın birinci prezidentlik dövründə olduğu kimi, həmin düzəlişin hökmü müvəqqəti dayandırıla bilər”. 

Qeyd edək ki, ABŞ Konqresi 1992-ci il oktyabrın 24-də Azadlığa Dəstək Aktına 907-ci düzəliş edərək ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına birbaşa yardımını qadağan edib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi 2001-ci il oktyabrında prezidentə düzəlişin hüquqi qüvvəsini 1 illiyinə dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri düzəlişin hüquqi qüvvəsi hər il bir illiyə dayandırılır. 


Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri