Icma.az
close
up
RU
92 ildən sonra gələn çempionluq...

92 ildən sonra gələn çempionluq...

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçlə Danimarkanın birgə təşkil etdiyi dünya çempionatı başa çatdı.
"Football-plus.az" xəbər verir ki, 1/4 finalda Kanada üzərində sensasiyalı qələbə qazanan Danimarka yarımfinalda İsveçrə önündə darmadağın oldu – 0:7. “Saatsazlar” ardıcıl 2-ci il finala vəsiqə qazandı. Onlar ötənilki finalda çexlərə uduzmuşdular.
ABŞ yığması isə meydan sahibi İsveçi darmadağın etməklə 1933-cü ildən bəri ilk dəfə dünya çempionu olmaq imkanı qazandı. Düzdü, amerikalıların Olimpiada-1960-dakı qələbəsi dünya çempionluğu sayılır, ancaq həmin turnir ayrıca dünya çempionatı deyildi, qrup formatında, pley-offsuz keçirilmişdi.
Əvvəlcə 3-cü yer uğrunda oyun keçirildi. Qəhrəmanlıq limiti Kanada ilə oyunda bitən Danimarka İsveç önündə darmadağın oldu. Final oyununa gəlincə, 21-ci əsrdə ilk dəfə əsas vaxtda qol vurulmadı. Overtaymda fərqlənən ABŞ hokkeyçiləri 88-ci dünya çempionatının qalibi oldu.
Olimpiada-1960-ı saymasaq, 92 ildən sonra. İsveçrə finalların aşkar uğursuzudu. “Saatsazlar” tarixində 5-ci dəfə həlledici oyunda uduzdu və yenə dünya çempionu tituluna həsrət qaldı. Məhz bu komandanın qapıçısı Leonardo Cenoni mundialın ən dəyərli oyunçusu sayıldı. 37 yaşlı isveçrəli turnirdə keçirdiyi 7 oyunda 7 qol buraxıb, bir məhsuldar ötürmə verib, pley-offda əsas vaxtda qapısını toxunulmaz saxlayıb.
Çexiya yığmasının forvardı David Pastrnyak DÇ-nin bombardiri oldu. 29 yaşlı hokkeyçi 8 oyunda 15 (6+9) xal topladı. 10 oyunda 8 qol vuran isveçli forvard Elias Lindholm turnirin ən yaxşı snayperidi.
Bu arada DÇ-nin rəmzi yığması da açıqlanıb: qapıçı – Leonardo Cenoni (İsveçrə), müdafiəçilər – Zak Verenski (ABŞ), Din Kukan (İsveçrə), hücumçular – David Pastrnyak (Çexiya), Elias Lindholm (İsveç), Nik Olesen (Danimarka).
yarımfinal
İsveç – ABŞ 2:6 (0:2, 0:2, 2:2)
İsveçrə - Danimarka 7:0 (3:0, 1:0, 3:0)
3-cü yer uğrunda oyun
İsveç - Danimarka 6:2 (0:0, 3:0, 3:2)
final
İsveçrə - ABŞ 0:1 ОТ (0:0, 0:0, 0:0, 0:1)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri