Azərbaycan dünya gücləri ilə bir masada qlobal iqtisadi məsələlərini həll edir
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
"Dünyanın iqtisadiyyatı ən yaxşı inkişaf etmiş 20 ölkəsinin G20 tədbirinə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycan dövlətinin əldə etdiyi uğurlara verilən qiymət və diqqətin ifadəsidir".
Bunu Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, dəvətin ABŞ prezidenti tərəfindən edilməsi isə xüsusi məna daşıyır:
"Azərbaycanın dünya güclərinin müzakirə etdiyi məsələlərdə iştirakının məqsədəuyğun hesab edildiyini göstərir. G20 də alınan qərarlardan Azərbaycanın da xəbərdar olmasının təmin edilməsi həmin qərarların həyata keçməsində ölkəmizin rolunun əhəmiyyəti sübut olunur. Dünya iqtisadiyyatının tranzit marşrutlarının əsas kommunikasiyalarının ölkəmizdən keçən hissələri Azərbaycanın əhəmiyyətini G20 zirvəsinə kimi çıxarır. Alınan yeni qərarların mümkünlüyü və həyata keçməsi məqsədilə Azərbaycanın mövqeyi və fikirləri öyrənilir. Ölkəmizin G20 də iştirakı ilk növbədə Azərbaycanın artan nüfuzunun dünyaya isbatı olmaqla yanaşı, dövlətimizin coğrafi və siyasi mövqeyinin hesaba alınmasının əhəmiyyətini ortaya qoyur. Azərbaycan dünya gücləri ilə bir masada dünyanın iqtisadi məsələlərini həll edir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycan Dünya Bankı ilə şəhər nəqliyyatı məsələlərini müzakirə edib
28 Yanvar 2026 18:33
Azərbaycan qlobal iqtisadi qərarların müzakirəsində fəal iştirak edir
21 Yanvar 2026 12:38
Azərbaycan AEBA ilə əməkdaşlıq məsələlərini müzakirə edib
14 Fevral 2025 17:16
“Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“
04 Dekabr 2024 11:44
Azərbaycan qlobal iqtisadi məkanın maraq dairəsində
26 Yanvar 2025 19:56
Baxış sayı:161
Bu xəbər 05 Noyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















