Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

94 min gənc işsiz qaldı, ancaq işsizlik azaldı Səbəb

94 min gənc işsiz qaldı, ancaq işsizlik azaldı Səbəb

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanda 2025-ci ildə məşğul gənclərin sayının 94 min nəfər azalması diqqət çəkən sosial-iqtisadi göstəricidir. Statistik məlumatlara əsasən, 15–29 yaşlı məşğul əhalinin sayı 2024-cü ildə 1 milyon 179,5 min nəfər olduğu halda, 2025-ci ildə 1 milyon 85,5 min nəfərə enib. Eyni zamanda, həmin yaş qrupunda işçi qüvvəsinin ümumi sayı 113,1 min nəfər azalıb. Burada ilk növbədə, əhalinin yaş strukturunda baş verən demoqrafik dəyişikliklər, gənclərin təhsil müddətinin uzanması, əmək bazarından müvəqqəti kənarlaşma və xarici ölkələrə miqrasiya kimi faktorlar nəzərə alınmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Əyyub Kərimli deyib.

O bildirib ki, xüsusilə diqqət çəkən məqam məşğul gənclərin sayının azalması ilə yanaşı, işsiz gənclərin sayının da 118,1 mindən 99 min nəfərə düşməsidir:

“Bu isə ümumilikdə gənclərin əmək bazarında iştirakının zəiflədiyini göstərir. Məsələnin digər mühüm tərəfi gənclərin xarici ölkələrə üz tutmasıdır. Bu gün gənclərin bir hissəsi daha yüksək maaş, peşəkar inkişaf, keyfiyyətli təhsil və daha geniş karyera imkanları əldə etmək məqsədilə xaricə getməyə üstünlük verir. Əlbəttə, beynəlxalq əmək miqrasiyası qlobal iqtisadi prosesdir və bunu yalnız mənfi hal kimi qiymətləndirmək olmaz. Xaricdə təhsil alan və təcrübə qazanan gənclər gələcəkdə ölkəmizin insan kapitalının inkişafına da töhfə verə bilərlər.

Lakin gənclərin xaricə getməsi daimi xarakter aldıqda və onların ölkəyə qayıtması üçün kifayət qədər iqtisadi imkanlar formalaşmadıqda, bu proses uzunmüddətli risklər yaradır. Xüsusilə yüksək ixtisaslı mütəxəssislərin ölkədən getməsi əmək bazarında kadr çatışmazlığına, innovasiya potensialının zəifləməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Məşğul gənclərin sayındakı 94 min nəfərlik azalma həmin sayda insanın ölkəni tərk etməsi demək deyil. Rəsmi statistikaya görə, 2025-ci ildə daimi yaşamaq üçün ölkədən gedən 15–29 yaşlı gənclərin sayı 554 nəfər olub. Bununla belə, müvəqqəti əmək və təhsil miqrasiyasının real miqyasını da ayrıca araşdırmaq vacibdir”.

Ekspertin fikrincə, burada əsas narahatedici məsələ demoqrafik proseslərdir:

“Azərbaycanda doğum göstəricilərinin azalması və ailə qurma yaşının yüksəlməsi gələcək əmək ehtiyatlarının formalaşmasına təsir göstərə bilər. Burada vacib bir məqamı fərqləndirmək lazımdır. Azərbaycanda əhalinin ümumi sayı hələ də artır, lakin artım tempinin zəifləməsi və doğum səviyyəsinin aşağı düşməsi gələcək üçün müəyyən demoqrafik çağırışlar yaradır.

İqtisadi baxımdan əhalinin yaşlanması və əmək qabiliyyətli gənclərin xüsusi çəkisinin azalması gələcəkdə pensiya sisteminə, sosial müdafiə xərclərinə, vergi daxilolmalarına və iqtisadi artım potensialına əlavə təzyiq yarada bilər. Əsas məqsəd gənclərin ölkədən getməsinə inzibati məhdudiyyət qoymaq deyil, onların Azərbaycanda yaşamaq, işləmək və ailə qurmaq üçün daha əlverişli iqtisadi mühitə malik olmasını təmin etməkdir.

Bunun üçün regionlarda yüksək maaşlı və dayanıqlı iş yerlərinin yaradılması, gənc sahibkarlığın dəstəklənməsi, güzəştli mənzil və ipoteka imkanlarının genişləndirilməsi, təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, xaricdə təhsil alan və çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə qayıdışını stimullaşdıran proqramların inkişaf etdirilməsi məqsədəuyğun olardı. Unutmamalıyıq ki, gənclər yalnız əmək bazarının iştirakçıları deyil, həm də ölkənin gələcək vergi ödəyiciləri, sahibkarları, alimləri və ailə quracaq vətəndaşlarıdır. Bu gün gənclərin məşğulluğuna və sosial rifahına qoyulan investisiya əslində Azərbaycanın gələcək iqtisadi inkişafına və demoqrafik dayanıqlığına qoyulan investisiyadır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri