A seriyasında ayın ən yaxşı qolunu Hakan Çalhanoğlu vurub
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli ulduzlar Avropanın aparıcı çempionatlarına damğa vurmaqda davam edirlər.
"Football-plus.az" xəbər verir ki, daha öncə Arda Gülərin ''Elçe'' ilə oyunda 68 metr məsafədən vurduğu qol La Liqada martın ən yaxşı qolu seçilmişdi. Arda özü isə fanatların sorğusunda ''Real''ın apreldə ən yaxşı futbolçusu seçilmişdi. Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu da İtaliyada bu cəhətdən seçilməyi bacarıb.
Çempionluğu ötən həftə rəsmiləşdirən ''İnter'' aprelin əvvəllərində 31-ci turda evdə ''Roma''nı 5:2 hesabı ilə darmadağın etmişdi. Hakanın həmin qarşılaşmada uzaq məsafədən çox qüvvətli zərbə ilə vurduğu qol gündəm olmuşdu. Məhz həmin qol fanatlar arasında keçirilən sorğuda A seriyasında aprel ayının ən yaxşı qolu seçilib!
Bu mövsüm 30 qarşılaşmada aktivinə 12 qol, 7 məhsuldar ötürmə yazan təcrübəli futbolçunun hələ də ''İnter''də qalıb-qalmayacağı bilinmir. Uzun müddətdi, ''Qalatasaray''ın hədəfində olan 32 yaşlı yarımmüdafiəçinin Milan nəhəngi ilə 2027-nin yayına qədər müqaviləsi var.
Baxış sayı:129
Bu xəbər 07 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















