Azərbaycan cüdoçusu Qran pridə qızıl medal qazandı
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha beş təmsilçisi tatamiyə çıxıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov ilk mərhələdən azad olub, daha sonra Jantilek Nurtilepulı (Qazaxıstan), Tyeman Diabi (Fransa) və Saba İnaneişviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə almaniyalı Losseni Koneni məğlub edən təmsilçimiz turnirin qızıl medalını qazanıb.
Eyni çəkidə çıxış edən Uşanqi Kokauri startdan azad olduqdan sonra İqor Vraçar (Serbiya) və Yerasıl Kajıbayevi (Qazaxıstan) üstələsə də, yarımfinalda Losseni Koneyə uduzub. Kokauri hələlik açıqlanmayan səbəbdən ukraynalı Yevgeni Baliyevski ilə bürünc medal uğrunda görüşə çıxa bilməyib.
Digər idmançılarımızın nəticələri isə belə olub:
90 kq: Vüqar Talıbov ilk görüşündə macarıstanlı Peter Şafraniyə uduzub.
100 kq: Əjdər Bağırov startda niderlandlı Mixael Korreli məğlub etsə də, növbəti mərhələdə isveçrəli Daniel Eyçə məğlub olub.
+78 kq: Mədinə Kaysinova ilk qarşılaşmada polşalı Kinqa Volçaka uduzub.
Beləliklə, Azərbaycan yığması Zaqreb Qran-prisini 2 medalla (1 qızıl, 1 bürünc) başa vurub. Kənan Nəsibovun (+100 kq) qızıl medalından əvvəl Gültaç Məmmədəliyeva (52 kq) bürünc mükafata sahib çıxmışdı.
Bizim.Media
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















