Azərbaycanda 55 yeni peşə standartı hazırlanır
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərlə əməkdaşlıq çərçivəsində hazırda daha 55-dək peşə və kvalifikasiya standartı hazırlayır, 84 standartın isə yenilənməsi istiqamətində işlər aparır.
Nazirlikdən Modern.az-a bildirilib ki, yeni standartlar maliyyə-mühasibatlıq, nəqliyyat-logistika, emal sənayesi və digər sahələri əhatə edir.
Qeyd olunub ki, son illərdə nazirlik tərəfindən ümumilikdə 1700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.
Məlumata görə, peşə standartları konkret sahədə işçinin yerinə yetirməli olduğu işin məzmununu və əmək şəraiti ilə bağlı minimum tələbləri müəyyənləşdirir. Kvalifikasiya standartları isə müvafiq kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















