Icma.az
close
up
RU
AAAF Park da binanın zirzəmisini qazdılar Get, kimə deyirsən, de

AAAF Park da binanın zirzəmisini qazdılar Get, kimə deyirsən, de

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Xırdalanda yerləşən "AAAF Park" yaşayış kompleksinin zirzəmisinin qanunsuz şəkildə satıldığı iddia edilir.

Lent.az-a danışan şikayətçi İlkin Hümmətovun sözlərinə görə onlara heç bir məlumat verilmədən mənzillərinin zirzəmisində qazıntı aparılıb.

“Bizim mənzilimiz binanın birinci mərtbəsində yerləşir. Bina ümumilikdə altı mərtəbədən ibarətdir. MTK binanın zirzəmisini Hakim adlı şəxsə satıb. Onlar da mənzilin altını iki metr dərinlikdə qazıb, binanın kommunal xətlərini və fundamentini zədələyiblər, beton hissələri dağıdaraq qapı, pəncərə yaradıblar.

Özümüz rayonda yaşayırıq. Qardaşım təsadüfən həmin əraziyə gedəndə evimin altının qazıldığını görərək, videoya çəkib. Problem bununla da yekunlaşmır. Zirzəmini qazıb, təmir edən zaman binanın ümumi aqlay daşlarını da qıraraq, zədələyiblər. Yataq otağının qarşısından yola doğru açılan qapı yerləşdirib, pilləkan tikiblər. Eşitdiyimə görə, həmin zirzəmidə kafe-restoran tikəcəklər. Necə ola bilər ki, zirzəmidən restoran tiksinlər? Sabah o bina uçsa, kim bizə kömək edəcək?

Zirzəmini o qədər dərin qazıblar ki, binanın ümumi fundamentindən aşağı düşüb. Biz soruşanda ki, siz bu icazəni kimdən almısınız? deyirlər ki, aidiyyatı orqanlardan lazımi icazəni almışıq. Get, əlindən nə gəlirsə, onu da et”.

Lent.az binanın zirzəmisində tikinti aparan Fikrət Eyvazovla da əlaqə saxlayıb.

O bildirib ki, zirzəmidəki tikinti tam qanunidir. Kommunal xətlərinin zədələnməsi məsələsi isə həqiqəti əks etdirmir:

“Binanın zirzəmisindən qazılan torpaq öncədən əlavə olaraq ora qoyulub. Torpaqla binanın fundamenti arasında məsafə var. Ona görə də, qazıntıların bina üçün heç bir təhlükəsi yoxdur. Binanın sənədi olmasaydı, orada hər hansısa bir iş icra etmək mümkün olmazdı.

Həmin yerin təmirinin bina üçün zərəri yox, faydası var. Təmirdən öncə oranı bit-birə basmışdı. Hər kəs zibilləri, butulkaları zirzəmiyə atmışdı. Biz təmizlik şirkətləri ilə birlikdə oranı təmizləyib işə başlamışıq. Kommunal xətlərə gəlincə, onlar zədələnməyib. Əgər zədələnmə olsaydı, bütün çirkab sular aşağı axardı, amma elə bir hal yaşanmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri