Icma.az
close
up
RU
“AAAF Park”da nə baş verir?

“AAAF Park”da nə baş verir?

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaxtilə “AAAF Park” yaşayış komleksi inşa edilərkən bu kompleksin bəlli bir planı var idi. Var idi ona görə yazırıq ki, artıq bu plandan əsər- əlamət qalmayıb. Ərazi başdan-başa restoran-kafe-dükan şəbəkəsinə çevrilib. Yaşayış komleksində olan bütün binaların ətrafı restoranlarla əhatələnib. Bir sözlə burada təhlükəsizlik qaydaları kobudcasına pozulub. On minlərlə insanın yaşadığı “AAAF Park” yaşayış komleksində hər hansı bir yanğın hadisəsi olsa, dəhşətli bir mənzərənin şahidi ola bilərik. Çünki işbazlar pul qazanmaq üçün binalar arasında keçidləri tamamilə bağlayaraq burada restoranlar tikiblər. Ciddi təhlükəsizlik problem ilə üz-üzə olan yaşayış kompleksi dövlət qurumları tərəfindən görməzdən gəlinir.

Belə ki, ölkə mediası “AAAF Park”-da qanunsuz tikinti işlərinin aparıldığını yazır. Amma nədənsə dövlət qurumları bu tikinti ilə bağlı susqunluq nümayiş etdirirlər.

Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki, ”AAAF Park” yaşayış kompleksinin girişində, bu ölkənin qurucusu, yoxdan bu ölkəni quran Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa ediblər. Bu tikintini iş adamı Vüqar Sədizadə tərəfindən aparıldığı ilə bağlı mütamadi məlumatlar yayılır. Ən maraqlısı odur ki, mətbuat yazsa da iş adamı Vüqar Sədizadə nəinki geri çəkildi, əksinə nümayişkaranə şəkildə bu tikintini başa çatdırdı. Ulu Öndər Heydər Əliyevin postamenti olan lövhə dağıdıldı və postamenti dayanacağa yerləşdirildi. Ulu Öndərin şəkli və dövlət atributlarımız olan sərginin yenidən bərpa edildiyini yazan “AAAF Park” rəhbərliyi nədənsə həmin xəbərdə onun qoyulduğu yeri göstərmək istəmirlər. Çünki özləri də bu sərginin avtomobil dayanacağının içərisinə sürüşdülməsinin mənəvi məsuliyyətini anlayırlar, fəqət tamah buna əməl etməyə imkan vermir.

Mütamadi olaraq mediamız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanlasa da cavablar eyni oldu.

Adıçəkilən qurumdan mediaya bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.

Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.

Amma bu cavabı Ulu Öndər Heydər Əliyevin ruhuna sayğısılıq kimi dəyərləndirmək olar. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu açıqlamanı verərkən həmin ərazidə işlər davam edib və bu gün tam olaraq yekunlaşdırlıb.

Bir kasıbın tikdiyi evi qanunsuz deyib sökənlər, nədənsə Vüqar Sədizadənin apardığı işlərə göz yumurlar və ya “orada inşaat işi aparılmır” deyə ictimaiyyəti yanıldırlar. Halbuki hər gün orada yaşayanlar fərqli mənzərənin şahidi olurlar.

Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq. (Ulusal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see278

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see246

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see245

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see234

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see214

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see213

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see210

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see208

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see203

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see203

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see202

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see199

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see198

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see192

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see173

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see171

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see163

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see162

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see158

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri