Icma.az
close
up
RU
AAAF Park da binanın zirzəmisi ilə bağlı YENİ GÖRÜNTÜLƏR YENİLƏNİB

AAAF Park da binanın zirzəmisi ilə bağlı YENİ GÖRÜNTÜLƏR YENİLƏNİB

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xırdalanda yerləşən "AAAF Park" yaşayış kompleksinin zirzəmisinin qazılması ilə bağlı şikayətçilər yeni görüntülər təqdim ediblər. 

Lent.az görüntünü təqdim edir: 

***

17 avqust, saat: 17:56

Xırdalanda yerləşən "AAAF Park" yaşayış kompleksinin zirzəmisinin qanunsuz şəkildə satıldığı iddia edilir.

Lent.az-a danışan şikayətçi İlkin Hümmətovun sözlərinə görə, onlara heç bir məlumat verilmədən mənzillərinin zirzəmisində qazıntı aparılıb.

“Bizim mənzilimiz binanın birinci mərtbəsində yerləşir. Bina ümumilikdə altı mərtəbədən ibarətdir. MTK binanın zirzəmisini Hakim adlı şəxsə satıb. Onlar da mənzilin altını iki metr dərinlikdə qazıb, binanın kommunal xətlərini və fundamentini zədələyiblər, beton hissələri dağıdaraq qapı, pəncərə yaradıblar.

Özümüz rayonda yaşayırıq. Qardaşım təsadüfən həmin əraziyə gedəndə evimin altının qazıldığını görərək, video çəkib. Problem bununla da yekunlaşmır. Zirzəmini qazıb, təmir edən zaman binanın ümumi aqlay daşlarını da qıraraq, zədələyiblər. Yataq otağının qarşısından yola doğru açılan qapı yerləşdirib, pilləkan tikiblər. Eşitdiyimə görə, həmin zirzəmidə kafe-restoran tikəcəklər. Necə ola bilər ki, zirzəmidən restoran tiksinlər? Sabah o bina uçsa, kim bizə kömək edəcək?

Zirzəmini o qədər dərin qazıblar ki, binanın ümumi fundamentindən aşağı düşüb. Biz soruşanda ki, siz bu icazəni kimdən almısınız? deyirlər ki, aidiyyatı orqanlardan lazımi icazəni almışıq. Get, əlindən nə gəlirsə, onu da et”.

Lent.az binanın zirzəmisində tikinti işləri aparan Fikrət Eyvazovla da əlaqə saxlayıb.

O bildirib ki, zirzəmidəki tikinti tam qanunidir. Kommunal xətlərinin zədələnməsi məsələsi isə həqiqəti əks etdirmir:

“Binanın zirzəmisindən qazılan torpaq öncədən əlavə olaraq ora qoyulub. Torpaqla binanın fundamenti arasında məsafə var. Ona görə də, qazıntıların bina üçün heç bir təhlükəsi yoxdur. Binanın sənədi olmasaydı, orada hər hansısa bir iş icra etmək mümkün olmazdı.

Həmin yerin təmirinin bina üçün zərəri yox, faydası var. Təmirdən öncə oranı bit-birə basmışdı. Hər kəs zibilləri, butulkaları zirzəmiyə atmışdı. Biz təmizlik şirkətləri ilə birlikdə oranı təmizləyib işə başlamışıq. Kommunal xətlərə gəlincə, onlar zədələnməyib. Əgər zədələnmə olsaydı, bütün çirkab sular aşağı axardı, amma elə bir hal yaşanmayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri