AADA sədri Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi mövzusunda çıxış edib
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1 oktyabr tarixində Fövqəladə Hallar nazirliyinin akademiyasında "Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4 cü beynəlxalq Elmi-Praktiki konfrans keçirilib.
MDB dövlətləri və ərəb ölkələrindən 30 dan çox nümayəndənin qatıldığı konfransdan öncə iştirakçılar, Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim edilən hibrid və elektrik avtomobillərə baxış keçiriblər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətləri barədə məlumatlar təqdim edilib.
Konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açıb. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) idarə heyətinin sədri Eyyub Əliyev "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib.
Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəsislərin çıxışları və maraqlı polemikaları olub.
Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 02 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















