Icma.az
close
up
RU
Ekoloji təmiz nəqliyyat parkı üçün...

Ekoloji təmiz nəqliyyat parkı üçün...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib

Azərbaycanda elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, zavod buraxılış tarixlərinə uyğun olaraq yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yük avtomobillərinə tətbiq olunan idxal gömrük rüsum dərəcəsinin həddi 2025-ci il martın 4-dən 2028-ci il yanvarın 1-dək 0 faiz dərəcəsi təyin edilib. Yəni indiyə qədər 5 faiz dərəcə ilə gömrük rüsumuna cəlb edilən həmin avtonəqliyyat vasitələri üçün bundan sonra heç bir idxal gömrük vergisi hesablanmayacaq.

Ətraf mühitə zərər vuran nəqliyyat vasitələri sıradan çıxarılır

Hökumətin bu qərarı qəbul etməsində başlıca məqsəd ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirmək məqsədi daşıyır. Belə ki, yeni ekoloji siyasət çərçivəsində ətraf mühitə dost texnologiyalardan və tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, daha təmiz yanacağa keçidin təmin olunması, havanın keyfiyyətinə mənfi təsir göstərən nəqliyyat vasitələrinin tədricən sıradan çıxarılması və ekoloji cəhətdən təmiz və müasir maşın parkınının yaradılması istiqamətində davamlı addımlar atmaqdadır.

Həmin siyasət çərçivəsində az karbonlu nəqliyyat sektorunun inkişaf etdirilməsi tədbirlərinə uyğun olaraq ekoloji baxımdan daha təmiz avtomobillərin idxalına vergi-gömrük güzəştlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən olunub və qanunvericilik təkmilləşdirilib. 2019-cu ildən etibarən, mərhələli şəkildə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlərin tətbiqinə başlanılıb.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ilk növbədə minik maşınlarına bu vergi tətilləri tətbiq olunub. 2019-cu ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. 2022-ci il yanvarın 1-dən isə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 3 il müddətinə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı 4 il müddətinə ƏDV-dən azad edilib. Sürücü daxil olmaqla, 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır. Həmçinin, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri və avtomobillər üçün ikinci və üçüncü səviyyəli enerji doldurucularının idxalı gömrük rüsumundan azad edilib.

Vergi güzəştləri elektromobillərin idxalını artırıb

Vergi qanunvericiliyində aparılmış növbəti dəyişikliklərə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı 2 il müddətində ƏDV-dən azad olunub. Hökumətin elektomobillərə güzəştləri və avtomobil parkını “yaşıllaşdırması” siyasəti nəticəsində ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin idxalı və nəqliyyatda sayı artmağa başlayıb. Təkcə son 2 il ərzində hibrid və elektromobillərin idxalı 2 dəfən çox böyüyüb. 2024-cü ildə yanacaq mühərrikli minik avtomobillərinin idxalı əvvəlki ilin göstəricisi ilə müqayisədə 25 faiz azalıb, əvəzində elektromobillərin idxalı xeyli artıb. Belə ki, hibrid minik avtomobillərinin sayı isə 2023-cü illə müqayisədə ötən il 29,6 faiz artaraq 15 min 815 ədədə çatıb. Həmçinin, ötən il 3 mindən artıq elektromobil idxal olunub ki, onların sırasında sərnişin nəqliyyat vasitələri də var.

Hökumətin elektrik mühərriki ilə işləyən yük avtomobillərini idxal gömrük rüsumundan azad etməsi həmin avtonəqliyyat vasitələrinin də yerli bazarda sayının artmasına səbəb olacaq. Ən mühüm amil isə ölkəyə xaricdən mal gətirən bu nəqliyyat vasitələri yanacaqla işləmədiyindən daşınmaların əhəmiyyətli yer tutan həmin xərclərin azalması sayəsində ümumi logistika xərcləri də aşağı düşəcək və bu yerli bazarda bir çox malların bahalaşmasının qarşısını alacaq.

ELBRUS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see353

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see333

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see299

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see285

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see258

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see258

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see254

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see252

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see248

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see248

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see239

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see233

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see233

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see215

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see210

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see206

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see205

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see202

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see200

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri