Məşhur müğənni bir neçə gün sonra ailə qurur
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur müğənni Mayli Sayrus nişanlısı Maks Morando ilə evlənəcək.
BAKU.WS xəbər verir ki, ötən il nişanlanan Mayli Sayrus bir neçə gün sonra nikah masasına oturacaq.
Bu barədə "TMZ" nəşri məlumat yayıb.
Mərasimin Cənubi Kaliforniyada keçiriləcəyi qeyd olunsa da, təfərrüatlar gizli saxlanılır.
Toyun 21-22 noyabr tarixlərində baş tutacağı açıqlanıb.
Qeyd edək ki, son dövrlər "Let"s Get Married" mahnısı ilə gündəmdə olan 33 yaşlı sənətçi 5 ildir ki, musiqiçi Maks Morando ilə eşq yaşayır.
Xatırladaq ki, Mayli Sayrus daha əvvəl qatıldığı verilişlərin birində Morandonun ona Yaponiya səfəri zamanı evlilik təklifi etdiyini səmimi şəkildə bölüşmüşdü.
Mayli Sayrus 2018-2020-ci illərdə aktyor Liam Hemsvort ilə rəsmi nikahda olub.
Baxış sayı:116
Bu xəbər 20 Noyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















