AB bu ölkəyə 157 milyon ayırdı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Birliyi (AB) və Moldova bu ölkənin AB-yə üzvlüyü istiqamətində irəliləyişini təsdiqləyib.
Axar.az xəbər verir ki, Brüsseldə keçirilən AB-Moldova Assosiasiya Şurasının 10-cu iclasında tərəflər rəsmi Kişineunun Avropaya inteqrasiyasının strateji məqsəd olaraq qaldığını vurğulayıblar.
İclasda Moldovanın AB qanunvericiliyinə uyğunlaşması, hüququn aliliyi, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi irəliləyişlər müsbət qiymətləndirilib. AB ölkənin islahat öhdəliklərini yerinə yetirməsi çərçivəsində 18 islahatın tamamlanmasından sonra Moldovaya 157 milyon avro vəsait ayırıb. Bununla AB-nin İslahat və Artım Mexanizmi çərçivəsində Moldovaya göstərdiyi nəticəyə əsaslanan maliyyə dəstəyinin ümumi həcmi təxminən 661 milyon avroya çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Oktyabr 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















