Ağrı hissi ilə təşvişin qovuşduğu nahiyə Beynmizdə nələr baş verir?
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, kəşfin nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Yeni araşdırmada Almaniyanın Düsseldorf şəhərindəki Henrix Heyne Universitetinin tədqiqatçıları ilk dəfə insulanın bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd ayrı nahiyədən ibarət olduğunu nümayiş etdiriblər.
Alimlər təxminən 15 il ərzində toplanmış, müalicəyə çətin tabe olan epilepsiyadan əziyyət çəkən 87 pasiyentin məlumatlarından istifadə ediblər. Diaqnostika çərçivəsində tutmaların dəqiq mənbəyini müəyyənləşdirmək üçün xəstələrin beyninə müvəqqəti olaraq elektrodlar yerləşdirilib. Pasiyentlərin razılığı ilə bu, tədqiqatçılara insulanı birbaşa stimullaşdırmaq, onun aktivliyini və beynin digər nahiyələri ilə əlaqələrini ölçmək üçün nadir imkan yaradıb.
Bu üsul tədqiqatçılara insulanın dörd ayrı nahiyəsini müəyyənləşdirməyə və insan insulasının funksional atlasını hazırlamağa imkan verib.
Ağrı və temperatur hissləri əsasən arxa-yuxarı (dorsal) nahiyədə formalaşır. Burada hisslər bədən üzvlərinə uyğun şəkildə təşkil olunur: məsələn, ayaqlarla bağlı hisslər bu zonanın ən arxa hissəsində, daha sonra qollar və əllər, ön tərəfdə isə ağız boşluğu ilə bağlı hisslər yaranır. Aşağı (ventral) nahiyə eyni vaxtda bədənin bir neçə hissəsini əhatə edən yayılmış hissləri ötürür. Ön-orta nahiyənin stimullaşdırılması əsasən daxili orqanlarla bağlı hisslərə, məsələn, döş qəfəsində və ya qarında yaranan duyğulara, eləcə də təşviş hissinə səbəb olub.
İnsulanın ən ön hissəsi — qütb xüsusi rol oynayır. Onun stimullaşdırılması demək olar ki, heç bir hiss yaratmasa da, beyin hansı stimullara diqqət yetirəcəyinə qərar verərkən bu nahiyə aktivləşir. O, həmçinin düşünmə və planlaşdırmaya cavabdeh olan alın payı ilə sıx əlaqədədir və insulanın digər nahiyələrinə onların ona göstərdiyi təsirdən daha güclü təsir göstərir.
Araşdırmaya rəhbərlik edən doktor Culiana Kvabs qeyd edib: “Nəticələrimiz göstərir ki, insula bədəndən gələn siqnalları ötürən sadəcə bir vasitə deyil. Görünür, o, ağrını və öz bədənimizi necə hiss etdiyimizi fəal şəkildə formalaşdırır”.
Onun həmkarı doktor Svenya Kaspersin sözlərinə görə, bu nəticələr emosiyaların və gözləntilərin ağrı və digər fiziki hisslərin qavranılmasını dəyişdirə biləcəyi mümkün neyron mexanizmə işarə edir.(Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Noyabr 2026 02:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















