AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Birliyi ölkələrinin uzun müddətdir Çindən gözləntiləri var idi ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təsir imkanlarından istifadə edəcək. Ancaq Pekin heç bir addım atmadı. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsindən faydalanıb. Birincisi, müharibə Rusiyanı Çindən asılı vəziyyətə salıb. Rusiya Avropadan ala bilmədiyi məhsulları, texnologiyaları Çindən əldə edir. İkincisi, müharibə ABŞ-ın Çinə qarşı siyasətini yumşaltmağa səbəb olub.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Belə vəziyyətdə Avropada anlayıblar ki, Pekin Kremlin siyasətinə təsir etməyəcək. Brüsselin yeni gözləntisi Yeni Dehlidəndir. Polşanın Baş naziri Donald Tusk Hindistana səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə Rusiya-Ukrayna müharibəsi haqda geniş fikir mübadiləsi aparıb. Ukrayna ilə həmsərhəd olan Polşa müharibədə Kiyevə həm diplomatik, həm hərbi, həm də humanitar dəstək verir. Ancaq Ukraynanın müharibədə məğlub olmaması üçün yalnız Polşanın səyləri kifayət etmir. Modi Tuskla görüşdə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyəcəyini bildirib. Tusk Hindistanın müharibə ilə bağlı konstruktiv rol oynaya biləcəyinə ümidlidir. Hindistan Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması, həmçinin taxıl və yanacaq daşıyan gəmilərin qorunması ilə bağlı plan hazırlayıb”, - politoloq qeyd edib.
O vurğulayıb ki, Tuskun Hindistana səfərinin birinci məqsədi iki ölkə arasında əməkdaşlığı dərinləşdirməkdirsə, ikinci məqsədi Yeni Dehlini Ukrayna müharibəsində AB-nin mövqeyini nəzərə almağa inandırmaqdır:
“Hindistan gərginliyin azaldılmasına və danışıqlar üçün şəraitin yaradılmasına kömək edə bilər, ancaq sülhə zəmanət verə bilməyəcək. Digər tərəfdən Yeni Dehli müharibənin dayandırılmasına və sülhün əldə olunmasına çalışsa da, Rusiya ilə sıx əlaqələrdən imtina etməyəcək. Yeni Dehlinin Kremlə çıxışının olması onun Rusiya Prezidenti Vladimir Putinə və onun qərarlarına təsir edə biləcəyi anlamına gəlmir. Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ona açıq söylədi ki, müharibə çıxış yolu deyil və danışıqlara üstünlük verilməlidir. Ancaq bu, Putinin müharibəyə baxışını dəyişdirmədi.
Buna baxmayaraq, Brüssel Yeni Dehlinin Moskva ilə dialoq imkanlarının faydalı olacağı qənaətindədir. Halbuki Hindistanın Avropanın təkidilə öz maraqlarını qurban verməsi ehtimalı azdır. Yeni Dehli Moskva ilə siyasi və müdafiə sahəsindəki əlaqələrini qoruyub saxlayıb, eyni zamanda dialoq və diplomatiyaya çağırış edib, həmçinin Qərbin sanksiyalarına tam qoşulmaqla bağlı təzyiqlərə qarşı durub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Oktyabr 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















