Abasov Tovuzdakı heçheçəni belə şərh etdi
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis belə danışıb:
"Azarkeşlər sağ olsunlar. Birinci hissə rahat idi. İkinci yarıda rəqibin güclü tərəfindən istifadə etməsinə imkan verdik. Filip Ozobiçlə Boqomolskinin oyundan qopması üstünlüyün, daha dəqiq desəm, ajiotajın rəqibin tərəfinə keçməsinə səbəb oldu. İstirahətə ehtiyac var. Hazırlıq üçün 10-15 gün hazırlıq vaxtımız olacaq.
Kofini ortaya çəkməyimizin səbəbi zədəlilərlə bağlıdır. Məşqlərdə bu variantı sınaqdan keçirmişdik.
Niyə baxımlı oynaya bilmirik. Oyunu "oturtmaq" üçün vaxt lazımdır. Hazırda bizim üçün ən vacib olan nəticədir. Hələ kimisə göndərmək qərarı verməmişik. Əlbəttə, dəyişikliklər olmalıdır. Amma hansısa potensial yenilərlə danışmadan əlimizdə olanları da itirə bilmərik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















