Icma.az
close
up
RU
Saata görə maaş kimlərə aiddir? Detallar AÇIQLANDI

Saata görə maaş kimlərə aiddir? Detallar AÇIQLANDI

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda əməkhaqqının hesablanması və ödənilməsi qaydasında dəyişikliklər nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verilib. Təklif olunan yeni mexanizmə əsasən, saatlıq əməkhaqqı sisteminin tətbiqi, eləcə də əməkhaqqı və digər ödənişlərin elektron sistem vasitəsilə işçilərin bank və ya elektron hesablarına köçürülməsi nəzərdə tutulur.

Bəs işlədiyin hər saata görə maaş sistemi kimlərə şamil olunacaq?

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, saatlıq əməkhaqqı mexanizmi bütün işçiləri əhatə edən kütləvi dəyişiklik deyil. Onun sözlərinə görə, bu sistem daha çox qısamüddətli əmək müqaviləsi ilə çalışanların, natamam iş rejimində işləyənlərin, eləcə də saatlıq iş və xidmətlər göstərmək istəyən şəxslərin maraqlarına uyğun hüquqi əsas yaradır.

Ekspert deyib ki, müəyyən hallarda həm işəgötürənlər, həm də saatlıq, yarımgünlük və ya bir neçə saatlıq işləmək imkanı olan şəxslər belə işlərə cəlb olunmaq, işəgötürənlə əmək müqaviləsi bağlamaq və razılığa gəlmək məsələsində çətinliklərlə üzləşirdilər, bunun əsas səbəbi isə həmin əmək münasibətlərinin hüquqi əsasının olmaması idi.

“Hazırda yeni qanun layihəsində isə bu mexanizmin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlərə tətbiqi nəzərdə tutulur. Eyni zamanda, müəyyən iqtisadi fəaliyyət sahələrində bir aydan az müddətə, məsələn, 25 günlük, 15 günlük, üç günlük və ya bir neçə günlük əmək müqaviləsi bağlayan şəxslərə əməkhaqqının saatlıq ödəniş formasında verilməsi nəzərdə tutulur”,_ deyə iqtisadçı açıqlayıb.

Eldəniz Əmirov hesab edir ki, bu mexanizm daha çox kənd təsərrüfatında, kənd təsərrüfatının xidmət istiqamətlərində, ictimai iaşə müəssisələrində və digər xidmət sektorlarında tətbiq olunacaq. “Bunun necə təmin olunacağına gəlincə, burada əsas məsələ mexanizmin praktiki tətbiqidir. Çünki kiçik və orta sahibkarlar, ümumiyyətlə, iri olmayan kənd təsərrüfatı subyektləri üçün bu sistemin texniki təminatının həyata keçirilməsi, məsələnin texniki tərəfinin həlli müəyyən qədər maliyyə yükü yarada bilər”, - deyə iqtisadçı bildirib.

Eldəniz Əmirovun sözlərinə görə burada əsas yenilik hər saat üçün minimum ödəniş təminatının yaradılmasıdır: “Qısa müddət ərzində sahibkarlar və ya işəgötürənlər tərəfindən bu yeniliyə birmənalı yanaşılmasa da, sonrakı dövrlərdə bu yeni yanaşma özünü mütləq şəkildə doğruldacaq. Çünki bu mexanizm mövsümi işləyən, eyni zamanda zaman baxımından natamam məşğulluq şəraitində fəaliyyət göstərmək istəyən işçilərin əməkhaqqı hüquqlarının qorunmasına imkan verəcək”.

O, bir məqamı qeyd edib: “Məsələn, aylıq əməkhaqqını minimum əməkhaqqından daha yüksək müəyyən edən sahibkarlar üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi o qədər də çətin olmayacaq. Amma minimum əməkhaqqı verən işəgötürənlər üçün vəziyyət fərqlidir. Çünki aylıq əməkhaqqı saatlara bölündükdə saatlıq məbləğ aşağı alınır. Halbuki saatlıq əməkhaqqı sisteminin birbaşa tətbiqi zamanı minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq məbləğdən daha yüksək olmalıdır. Nəzərdə tutulan məsələ də məhz budur”.

Onun fikrincə, sahibkarların müəyyən reaksiyalar verməsi gözləniləndir, amma bu sistem zamanla öz axarına düşəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri