Messinin 10 nömrəli formasına iki namizəd var
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Argentina millisinin məşqçilər korpusu Lionel Messidən sonra əfsanəvi 10 nömrəli formanı geyinəcək futbolçunu müəyyənləşdirir.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, bu nömrəyə əsas namizədlər 22 yaşlı yarımmüdafiəçi Niko Pas və 29 yaşlı hücumçu Lautaro Martinesdir.
Niko Pas oyun üslubuna görə bu rola namizədlərdən biri hesab olunur. O, yüksək texnikası, meydanı yaxşı görməsi və hücumdakı yaradıcılığı ilə seçilir.
“İnter”in hücumçusu Lautaro Martines isə Argentina millisinin əsas liderlərindən və vitse-kapitanlarından biridir. Onun namizədliyi komanda daxilindəki nüfuzu və statusu ilə əlaqələndirilir.
10 nömrəli formanın kimə veriləcəyi ilə bağlı qərarın Messinin milli komandadakı karyerasını başa vurmasından sonra qəbul ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Noyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















