Icma.az
close
up
RU
ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

ABB müştərilərə yaşıl sertifikatlara investisiya imkanı yaradır

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABB və İsveçrənin Crossinvest Şirkətlər Qrupu arasında COP29 çərçivəsində müqavilə imzalanıb. Müqavilə İsveçrə birjasında (SIX Swiss Exchange) Yaşıl Aktiv İdarəolunan Sertifikatın (Green AMC) yerləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

Crossinvest Şirkətlər Qrupu İsveçrənin aktivlərin idarə edilməsi sahəsində tanınmış investisiya qurumlarındandır. Şirkətin investisiya məsləhətçiliyi və təşkilatçılığı ilə ABB üçün İsveçrə Birjasında (SIX Swiss Exchange) 10 milyon ABŞ dolları məbləğində, ortalama AA- investisiya reytinqinə malik yaşıl sertifikatlardan ibarət Aktiv İdarəolunan Sertifikat (Green AMC) yerləşdiriləcək.

İmzalanma tədbiri zamanı ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib ki, bu əməkdaşlıq sayəsində yerli maliyyə bazarlarına tamamilə yeni investisiya məhsulları təqdim ediləcək. Eyni zamanda, yerli investorlar üçün yaşıl investisiya sahəsində yeni imkanlar yaranacaq: “İsveçrə Birjasında belə bir sertifikat yerləşdirildikdən sonra, ABB-nin fiziki və korporativ müştərilərinin bu yaşıl sertifikata investisiya etmək imkanı olacaq”.

Bu investisiya imkanı müştərilərə ABB İnvest şirkəti vasitəsilə təklif ediləcək.

Crossinvest şirkətlər qrupunun rəhbər heyətinin üzvü və inkişaf etməkdə olan ölkələr üzrə rəhbəri Fəqan Nağıyev bildirib ki, Azərbaycan maliyyə bazarında bir ilk olacaq bu layihə ABB-nin dayanıqlı inkişafa və yaşıl investisiya prinsiplərinə sadiqliyini göstərir.

Şirkətin Baş investisiya direktorunun müavini Daniel Wuest isə belə bir anlaşmanın İsveçrə və Azərbaycan maliyyə institutları arasında əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəldəcəyinə əmin olduğunu vurğulayıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see171

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see167

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see149

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see143

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see141

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see141

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see140

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see138

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see135

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see134

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see133

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see132

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see130

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see128

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see126

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see125

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see122

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see120

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see119

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri