Icma.az
close
up
RU
ABB Özbəkistan bankının səhmlərinin 51 faizini alıb

ABB Özbəkistan bankının səhmlərinin 51 faizini alıb

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin II yarısında "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) Özbəkistanın "Davr Bank"ının səhmlərinin 51 %-ni alaraq bu ölkədə fəaliyyətə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb. ​Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik, ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistanda "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq. Bunun üçün həm Azərbaycanın tənzimləyici orqanlarının, həm də Özbəkistan Mərkəzi Bankının müsbət rəyləri alınmalıdır",- deyə o qeyd edib.

Sədrin sözlərinə görə, özbək bankının aktivləri təxminən 1 milyard ABŞ dollarıdır: "Onun 1,4 milyondan artıq müştərisi, 43 filial və biznes mərkəzi var. Biz bir çox maliyyə qurumları ilə danışdıq və sonda bu bank üzərində dayandıq. ​Seçim meyarları sağlam biznes modelinin olması, Özbəkistan bazarında SME müştəriləri ilə işləməkdə müsbət reputasiya, xarici maliyyə qurumları (Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı və s.) ilə yaxşı əlaqələr, səhmdarın öz payını satmaq istəyi və bizim strateji hədəflərimizin üst-üstə düşməsi idi. Özbəkistandakı bank alışı üçün bu günkü hesablamalarla 100 milyon ABŞ dollardan çox investisiya qoyuluşunu nəzərdə tutur".

"Davr Bank" 2001-ci ilin sentyabr ayından fəaliyyət göstərir.

Bundan başqa, A.İbrahimov deyib ki, kənar audit yoxlamasına əsasən, ABB ötən ili 404,5 milyon manat xalis mənfəətlə başa vurub: "Bu, əvvəlki illə müqayisədə 12,4 % çoxdur. Bankımız 2025-ci ili həm də əhəmiyyətli böyümə ilə başa vurüb. O cümlədən, kredit portfelimiz 2024-cü illə müqayisədə 12 % artaraq 7 milyard manatı keçib. Aktiv müştərilərimizin sayı il ərzində 15% artım nümayiş etdirib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 May 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri