Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edildi
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Özbəkistan Senatı Prezident Şavkat Mirziyoyevin təqdimatı əsasında Mamarizo Nurmuratovu Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edib.
Bu barədə Bakıvaxtı.az Özbəkistan KİV-lərinə istinadla xəbər verir.
M.Nurmuratov Mərkəzi Banka 2017-2024-cü illərdə rəhbərlik edib. 2000-2004-cü illərdə Özbəkistanın maliyyə naziri olub, 2004-2006-cı illərdə isə Səmərqənd vilayətinə rəhbərlik edib.
Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Şavkat Mirziyoyev prezidentin iqtisadi sahələrin inkişafı, investisiya və xarici ticarət siyasətinin həyata keçirilməsi üzrə müşavirinin birinci müavini Timur İşmetovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini Senata təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 11 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















