Icma.az
close
up
RU
Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Mehdiyev işi” çərçivəsində axtarışa verilməsi xəbəri ona ictimai diqqəti xeyli artırıb.

Mühüm vəzifə tutan və ölkənin siyasi həyatında uzun illər mühüm rol oynamış A.Abbasov 1992-ci ildə baş nazirin müavini vəzifəsinə təyin olunub. O, bu vəzifədən 2006-cı ildə öz ərizəsi ilə ayrılıb. Həmin vaxtdan Rusiya Federasiyasına köçüb.

Abbas Abbasovun adı 2012-ci ildə Moskvada yaradılan “Milyarderlər İttifaqı”nı təsis edəndən sonra mediada və siyasi dairələrdə daha çox hallanmağa başladı.

Axar.az xəbər verir ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Globalinfo.az-a açıqlamasında Abbas Abbasovun bu posta Elçibəy dövründən əvvəl gətirildiyini bildirib.

Onun sözlərinə görə, Abbasov AXC iqtidarı dövründə artıq baş nazirin müavini vəzifəsini tuturdu:

“Ayaz Mütəllibovun dövründə Abşeron Rayon İcra Hakimiyyətində, ovaxtkı partiya komitəsində çalışmışdı. Daha sonra Nazirlər Kabinetinə gəlmiş, baş nazirin müavini vəzifəsini tutmuşdu. Doğrudur, Abbas Abbasov Rəsul Quliyev və Vahid Əhmədovla eyni dövrdə çalışıb. Rəsul Quliyev baş nazirin müavini vəzifəsinə 1993-cü ildə təyin olunmuşdu. Abbas Abbasov isə Vahid Əhmədovla daha əvvəl bu vəzifədə idi. Təyinatları o dövrün şərtləri kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan yeni müstəqillik qazanmışdı və bir çox adam önə çıxırdı. Ona görə də həmin proseslərə bugünkü prizmadan baxmaq obyektiv mənzərə yaratmaz. Abbas Abbasov Özbəkistandan müəyyən karyera yolu keçərək Azərbaycana gəlmişdi. Burada əvvəlcə Quşçuluq İstehsalat Birliyinin rəhbəri olmuş, daha sonra Abşeron rayonunda icra strukturlarında çalışmışdı. Yəni o, pillə-pillə irəliləmişdi. İşgüzar xarakteri olan, ciddi əlaqələrə malik bir şəxs idi. Xüsusilə Rusiya ilə əlaqələri mövcud idi və görünür, həmin dövrdə bu əlaqələrin qurulmasına ehtiyac duyulurdu”.

O.Qasımovun fikrincə, bu məsələlərə bugünkü baxış bucağından yanaşsaq, düzgün nəticə əldə edə bilmərik:

“Bəzi məsələlərdə onun imkanlarından istifadə olunmuşdu. Abbasovun Rusiya ilə əlaqələri aydın idi. Hətta "kod adı" da vardı, lakin bunu mətbuata açıqlamaq olmaz. Dörd iyun qiyamındakı rolu və sonrakı dövrdə Surət Hüseynovla əlaqələri də məlumdur. Burada söhbət yalnız 1992-1993-cü illərdən yox, ümumi siyasi mənzərədən getməlidir. Çünki siyasi hakimiyyət bəzən balansları qorumaq və müəyyən güc mərkəzlərini nəzərə almaq məcburiyyətində qalır. Abbas Abbasov da məhz belə gərgin və qarışıq bir dövrdə önə çıxmışdı. Yaqub Məmmədovun dövründə artıq vitrinə çıxmış fiqurlardan idi. O zamanın mətbuatını izləsək, bu tip şəxslərin fəal simalar olduğunu görərik”.

O.Qasımov deyib ki, Abbas Abbasovun dörd iyundakı rolu hər kəsə məlum olsa da, məcbur qalıb onun imkanlarından istifadə olunurdu:

“Məsələn, taxıl probleminin həllində və bəzi təsərrüfat məsələlərinin qaydaya salınmasında Abbasovun rolu olmuşdu. Lakin Rusiya kəşfiyyatına bağlılığı ilə əlaqədar məsələlər sonradan tam aydınlaşdı. Bugünkü prizmadan baxış çox vaxt yanlış nəticələrə gətirib çıxarır. Dövlət idarəçiliyində güc balansı və maraqların uzlaşdırılması reallığı var idi. Rusiyaya bağlı bir şəxsin vəzifədən uzaqlaşdırılması belə ciddi təzyiqlərlə müşayiət olunurdu. Nəticə olaraq, Abbas Abbasovun və digərlərinin həmin dövrdə yüksək vəzifələrdə qalması təkcə şəxsi keyfiyyətlərlə yox, həm də dövrün mürəkkəb siyasi reallıqları ilə bağlı idi. Bu reallıqları nəzərə almadan məsələni qiymətləndirmək doğru olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri