Icma.az
close
up
RU
Rusiya Abbas Abbasovu Azərbaycana verəcək? Açıqlama

Rusiya Abbas Abbasovu Azərbaycana verəcək? Açıqlama

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın sabiq baş nazirinin birinci müavini Abbas Abbasov barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə cinayət işi açılıb və o, axtarışa verilib. Uzun müddətdir Rusiyada yaşayan Abbas Abbasovla bağlı istintaq, xüsusilə mümkün ekstradisiya məsələsi yalnız hüquqi prosedur kimi deyil, həm də Azərbaycan-Rusiya münasibətləri kontekstində də müzakirə olunur.

"Hurriyyet.Az" bildirir ki, “Yeni Sabah” bu işin beynəlxalq hüquq və xarici siyasət baxımından nə ifadə etdiyini beynəlxalq hüquq üzrə professor, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri Namiq Əliyevlə müzakirə edib.

- Azərbaycan və Rusiya arasında mövcud olan ekstradisiya müqavilələri belə hallarda hansı şərtlərlə işləyir və “dövlət çevrilişinə cəhd” ittihamı bu mexanizmlərə daxildirmi?

- Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında birbaşa ikitərəfli ekstradisiya müqaviləsi mövcud deyil. Lakin hər iki dövlət MDB çərçivəsində qəbul edilmiş Konvensiyalara, xüsusilə 1993-cü il Minsk Konvensiyasına və 2002-ci il Kişinyov Konvensiyasına tərəfdir. Bu sənədlər cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya mexanizmlərini tənzimləyir.

Ekstradisiya, adətən, aşağıdakı əsas şərtlərlə həyata keçirilir:

1) ikili cinayətlilik prinsipi (əməl hər iki ölkədə cinayət sayılmalıdır);

2) əməlin siyasi xarakter daşımaması;

3) şəxsin təqibinin irqi, dini və ya siyasi motivli olmaması.

“Dövlət çevrilişinə cəhd” ittihamı hüquqi baxımdan ciddi cinayət hesab olunur, praktiki müstəvidə siyasi cinayət kateqoriyasına yaxın qiymətləndirilir. Bu isə ekstradisiya prosesini çətinləşdirə bilər. Bir çox dövlətlər, o cümlədən Rusiya, siyasi xarakterli ittihamlar üzrə ekstradisiyadan imtina etmək hüququnu saxlayır. Yəni bu ittiham formal olaraq ekstradisiya mexanizmlərinə daxildir, lakin faktiki icra konkret dövlətin siyasi-hüquqi qiymətləndirməsindən asılıdır.

- Əgər Rusiya Abbas Abbasovu təhvil verməkdən imtina edərsə, beynəlxalq hüquq baxımından alternativ mexanizmlər varmı – məsələn, üçüncü ölkə üzərindən həbs və ya İnterpol xətti ilə prosesin davamı?

- Əgər Rusiya hansısa bir halda ekstradisiyadan imtina edərsə, beynəlxalq hüquq baxımından aşağıdakı alternativlər mövcuddur.

İnterpol xətti ilə “qırmızı bülleten” elan edilə bilər, lakin İnterpol siyasi xarakterli işlərdə bu mexanizmdən istifadəni ciddi şəkildə məhdudlaşdırır. Bu halda bülletenin təsdiqlənməməsi və ya sonradan ləğv edilməsi ehtimalı yüksəkdir.

Üçüncü ölkə üzərindən həbs yalnız o halda mümkündür ki, şəxs Rusiyanı tərk edərək ekstradisiya tələbinə daha açıq olan başqa bir dövlətin ərazisinə daxil olsun. Bu zaman həmin ölkənin öz daxili hüququ və Azərbaycanla münasibətləri həlledici rol oynayır.

Rusiya vətəndaşlarının ekstradisiyası məsələsində isə Rusiya Konstitusiyası açıq şəkildə bildirir ki, Rusiya vətəndaşları xarici dövlətlərə təhvil verilmir. Bu, hüquqi baxımdan çox güclü baryerdir.

Alternativ olaraq, nəzəri baxımdan Rusiya “öz ərazisində cinayət işi açmaq” (aut dedere aut judicare prinsipi) variantını seçə bilər, lakin bu da siyasi iradədən asılıdır.

- Bu tip işlərdə hüquqi prosedurla siyasi maraqlar arasında tarazlıq necə qurulur? Praktikada hansı tərəf üstün olur?

- Nəzəri baxımdan ekstradisiya tam hüquqi prosedurdur və məhkəmə orqanları tərəfindən qiymətləndirilməlidir. Lakin praktikada, xüsusilə dövlət təhlükəsizliyi, rejim sabitliyi və geosiyasi maraqlar ilə bağlı işlərdə siyasi faktorlar hüquqi mexanizmlərdən üstün mövqedə olur. Dövlətlər bu cür hallarda - hüquqi prosedurları siyasi qərarı əsaslandırmaq üçün alətə çevirə və ya ekstradisiyanı diplomatik təzyiq və ya güzəşt mexanizmi kimi istifadə edə bilir. Yəni formal olaraq hüquq işləyir, amma son qərar çox vaxt siyasi rasionalizm əsasında verilir.

- Namiq müəllim, Siz beynəlxalq hüquq üzarə professor olmaqla yanaşı, həm də səfir kimi önəmli diplomatik təcrübəyə sahibsiniz. Abbas Abbasovun Rusiyadan Azərbaycana ekstradisiyası ilə bağlı məsələnin regional təhlükəsizlik və Azərbaycan–Rusiya münasibətlərinə mümkün təsirləri, sizcə, necə ola bilər?

- Beynəlxalq hüquq prizmasından baxıldıqda, bu tip işlər iki dövlət arasında hüquqi etimad səviyyəsini test edir və regional təhlükəsizlik mühitində qarşılıqlı şübhələri artıra bilər.

Əgər məsələ açıq qarşıdurmaya çevrilərsə, bu, Azərbaycan–Rusiya münasibətlərində siyasi gərginlik elementinə çevrilə və bəzi hallarda digər regional aktorlar üçün presedent yarada bilər.

Digər tərəfdən, tərəflərin məsələni hüquqi-diplomatik çərçivədə saxlaması bu işi kontrollu mübahisə səviyyəsində tutmağa imkan verər. Beynəlxalq hüquq burada daha çox risklərin idarə olunması aləti rolunu oynayır, münaqişəni tam həll edən mexanizm kimi deyil.

İlhamə Qasımlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Dekabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri