Icma.az
close
up
RU
Rusiya Abbas Abbasovu təhvil verməlidir! DEPUTATLAR

Rusiya Abbas Abbasovu təhvil verməlidir! DEPUTATLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında Abbas Abbasovla bağlı qərara münasibət bildiriblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Abbas Abbasovla bağlı cinayət işi açılıbsa, deməli, bunun köklü əsasları var:

“Xüsusilə də Ramiz Mehdiyevin dövlət əleyhinə cinayəti şaxəli xarakter daşıyır, əsla fərdi hadisə sayıla bilməz. Görünür ki, Rusiyanın kəşfiyyat strukturu tərəfindən bu proses sinxron idarə olunub. Belə əməllər üzərindən zaman məhdudiyyəti, çərçivəsi yoxdur. Bu cür cinayətlərin istintaqı aparılıb, ifşa edilməsə, məsuliyyət tədbiri görülməsə, o hücrələr qalırlar və sonrakı müddətdə baş qaldıraraq, dövlət əleyhinə işlər görürlər. Müəyyən tərəfdarlar topladıqda isə müxtəlif təxribatlarını işə salırlar. Təəssüflər olsun, açıq demək lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən, xüsusilə də Xankəndi zəfəri ilə tam suverenliyinə qovuşduqdan sonra Rusiya ilə "soyuq müharibə" hökm sürməkdədir. Rusiyanın xarici siyasət idarəsində qorunan qovluqlar hər zaman şovinizmin ucqar ərazi saydıqları bölgələrə hərbi müdaxilə ilə xarakterizə edilir. Son 200 ildə həmişə bu bölgədə hökmranlıq edən, regionu sümürən qüvvənin Abbas Abbasov və qeyriləri kimi "Milyarderlər ittifaqı" çərçivəsində şaxəli fəaliyyəti olmamış deyildi. 12 il ərzində bu, dövriyyədə olan məsələydi. Bu əməllər indiki dövrdə ifşa edilir. Bu sadəcə siyasi qüvvə və qütblərlə savaş deyil, anti-konstitusiyon xarakter daşıyan ağır cinayət əməllərinin istintaqı prosesidir".

Komitə sədri söyləyib ki, müəyyən dairələr, Kreml çevrəsi casus şəbəkələri vasitəsilə həm aprel döyüşlərində, həm də 2020-ci ilə gələn yolu bağlamaq üçün "Milyarderlər ittifaqı"nı yaratmışdılar:

"Vaxtilə, hökumətdə, o cümlədən dövlət sistemində yüksək mərtəbədə təmsil olunanlar prosesə bu və ya digər şəkildə qoşulublar. Bu proses qələbədən sonra ermənilərin Qarabağa qaytarılması ilə işğal prosesinin bir hissəsidir. Bu yalnız çevriliş deyil. Bir daha söyləyirəm ki, yüksək hakimiyyət mövqeyi tutması onu cinayət məsuliyyətindən azad etmir. Digər yandan, təəssüflər olsun ki, cinayətin yaşı və siyasi mənsubiyyəti yoxdur. Belə olan şəraitdə əminik ki, irəli sürülən ittihamların izi ilə Rusiya ilə bu məsələlərin danışılması, sözügedən şəxlərin istintaq qarşısında dayanmaları, məsuliyyətə cəlb olunması və cəmiyyətə məlumat verilməsi təmin olunacaq".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bu xəbərə təəccüblənmədiyini qeyd edib:

"Təəsüflər olsun ki, Abbas Abbasov işdən azad ediləndə cənab Prezident ona yüksək mükafatla təqdim edib, hörmətlə yola saldı, buna baxmayaraq, bir qism keçmiş məmurlara xas olan xüsusiyyət bunda da özünü göstərdi. Müəyyən insanlar var ki, onlara etimad göstərilir və vəzifədə olanda dövlət müstəqilliyimizə, Prezidentə sədaqətə and içirlər, hamını buna çağrırlar. Amma vəzifədən azad olunandan sonra 180 dərəcə çevrilirlər. Vaxtilə xidmət etdikləri hakimiyyətə qarşı qatı müxalifətdə olurlar. Təəssüf ki, Abbas Abbasov da bunlardan biri oldu. Qonşu ölkələrə gedərək, Azərbaycana qarşı müxalif mövqe tutdu. Bir ara hakimiyyət dəyişikliyinə cəhd edən, xaricdə gizlənən bir qrup şəxsin arasında onun da adı hallandı. Mən bu xəbərə təəccüblənmədim".

A.Mirzəzadə söyləyib ki, Abbas Abbasov bir dəfə də olsun Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün səsini çıxarmayıb:

"Abbas Abbasov yüksək vəzifədə işləyib. Cənab Prezidentlə demək olar, hər gün təmasda olurdu. O hər halda Azərbaycan üçün çalışmalıydı, xaricdən müəyyən dairələrin sifarişlərini həyata keçirmək üçün yox. Bir dəfə də olsun Azərbaycana gəldiyini,Rusiyada Azərbaycanın müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün səsini çıxadığını eşitmədik. Cənab Prezidentin fəaliyyəti ilə bağlı bu adam bir müsbət fikir bildirmədi. DTX ciddi qurumdur. DTX tərəfindən belə ittiham irəli sürülübsə, deməli, buna ciddi əsaslar yaranıb. Hesab edirəm ki, Ramiz Mehdiyevlər, Abbas Abbasovlar bir mənfi təcrübə kimi cəmiyyətin diqqətində olmalıdır ki, xidmət etdiyin dövlətə qarşı xəyanətkar çıxma, sənə göstərilən etimada xilaf çıxma və bil, xaricdən verilən sifarişlər Azərbaycanın müstəqilliyinə ziyan vurur. Hər şey hüquqi müstəvidə həll olunur. Azərbaycanla Rusiya arasında ekstradisiya haqqında saziş var. Buna uyğun olaraq da Rusiyaya müraciət ediləcək. Ancaq Rusiya tərəfindən müraciətə necə cavab veriləcəyini bilmirik. Ümid etmək istəyirik ki, Azərbaycanın müraciətlərinə Rusiya anlamla cavab verəcək".

Deputat Elşad Musayev qeyd edib ki, Abbas Abbasovun Rusiyaya meyilli olduğu əvvəldən bilinən bir fakt olub:

"Rusiyanın agentura şəbəkəsi indinin işi deyil. Rusiya öz təsiri altında olmuş ölkələrin hamısında agentura şəbəkəsi qurub. Ayrı-ayrı vəzifələrdə də öz adamlarını yerləşdirib. Rusiya hazırda  istər bizim ölkədə və ya digər başqa ölkələrdə bu siyasətindən əl çəkməyib. Abbas Abbasovla bağlı mənim əlimdə konkret  fakt yoxdur. Onun Rusiyaya yaxın olduğu isə bilinirdi. İndi istintaq gedir. Ramiz Mehdiyevlə bağlı cinayət işi davam etdikcə, proseslərdə daha da aydınlaşma olacaq".

Milli Məclisin hüquqşünas deputatı Arzuxan Əlizadə də vurğulayıb ki, Abbas Abbasovun Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi:

"Mehdiyevlə bağlı cinayət işi çərçivəsində Abbas Abbasov da axtarışa verilib. Abbas Abbasovun, əslində, Ramiz Mehdiyevlə əlaqələrinin olması sirr deyildi. 2012-ci ildə "Milyarderlər ittifaqı"nın yaradılmasında da xüsusi xidmətləri, rolu olub. O zaman qurumun təsisçilərindən biri kimi qeydiyyatdan keçmişdi. Qurum prezident seçkilərində namizədlə çıxış etmək, prezident seçkisinə təsir etmək məqsədi daşıyıb və Rusiyadan maliyyələşdirilib və istiqamətləndirilib. Abbas Abbasov bu qurumun əsas fiqurlarından biriydi. O, YAP-da yüksək səviyyətə təmsil olunub, Baş nazirin birinci müavini olub. 2006-cı ildə vəzifəsindən azad ediləndən sonra Rusiyaya köçüb. Rusiyanın himayəsində olan adamlardan biridir".

A.Əlizadə vurğulayıb ki, Rusiya Abbas Abbasovu təhvil verməyə borcludur:

"Yəqin ki, hüquq-mühafizə orqanları onun Azərbaycana qaytarılması ilə bağlı məsələ qaldıracaq. Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında anlaşmalar var. Bu müqavilələrə müvafiq olaraq da Rusiya onu Azərbaycana təhvil verməyə borcludur. İndi Rusiya onu verəcək-verməyəcək, bu başqa mövzudur. Ancaq istənilən halda hüquq-mühafizə orqanları tərəfindən müraciət olacaqsa, onu qaytaracaqlar. Ramiz Mehdiyevə qarşı irəli sürən ittihamlar ciddi məsələlərdir. Hətta bu cinayətlərə görə ömürlük həbs də verilə bilər. Onun ətrafında olan şəxslərin də məsuliyyət dərəcələri müəyyənləşdiriləcək. Kimin hara qədər fəaliyyət göstərdiyi müəyyənləşəcək və buna uyğun müvafiq maddələr üzrə hökm oxunacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri