Icma.az
close
up
RU
Deputat: “Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasovu ona görə dəstəkləmədilər ki...”

Deputat: “Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasovu ona görə dəstəkləmədilər ki...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Abbas Abbasov Türkiyədə qalsaydı, orada həbs edilə və Azərbaycana ekstradisiya oluna bilərdi”. 

Bu sözləri Milli Cəbhə Partiyasının sədri, Milli Məclisinin deputatı Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Abbas Abbasov bu səbəbdən Rusiyaya getdi: 

“Abbas Abbasov haqqında Azərbaycanda cinayət işi açılıb və axtarışa verilib. Lakin Rusiyanın onu ölkəmizə verəcəyini zənn etmirəm. Elə Abbasov özü Rusiyanın onu Azərbaycana ekstradisiya etməyəcəyinə əmin olduğuna görə Moskvaya gedib. 

Ümumiyyətlə, Rusiya ona çalışan adamları heç vaxt başqa dövlətlərə təhvil vermir. Əksinə, Rusiya bu gün bir çox ölkələrdən qaçan insanların məskəninə çevrilib. O insanlar Kremlin əlində həmin ölkələrə təzyiq göstərmək üçün alətdir”. 

Millət vəkili xatırladıb ki, zamanında “Milyarderlər İttifaqı” da təzyiq üçün yaradılmışdı: 

“Moskva bu yolla Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyirdi. “Milyarderlər İttifaqı”nın hədəfi ölkəmizi yenidən Rusiyanın orbitinə qaytarmaq idi. Əgər onların planları baş tutsaydı, Qarabağ birdəfəlik Ermənistana veriləcəkdi. Hətta Qarabağın ətrafında olan rayonlar da işğaldan azad olunmayacaqdı. 

Bununla da Qarabağı birdəfəlik itirə bilərdik. O vaxtı Rusiyaya xidmət edən “5-ci kolon”un üzvləri də bunu gözəl bilirdilər. Bu isə Azərbaycan xalqına qarşı edilmiş ən böyük xəyanət olacaqdı”. 

Partiya sədri diqqətə çatdırıb ki, Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov kimi şəxslərin Rusiyaya çalışdıqları ifşa oldunduğu üçün Qərb ölkələri onları dəstəkləmir: 

“Əli Kərimli 1980-cı illərdən bəri siyasətdədir, amma indiyə  qədər hansısa nəticəsi olmayıb. O, nəticəsiz siyasət yürütdüyü üçün beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən müdafiə olunmur. Heç bir dəyəri olmayan insanı dəstəkləmək Qərbin planlarına və siyasətlərinə daxil deyil. Çünki onlar da anladılar ki, Əli Kərimlini müdafiə etməklə, Azərbaycan siyasətinə təsir etmək imkanları yoxdur”. 

Razi Nurullayev vurğulayıb ki, Qərb ölkələri Azərbaycanla münasibətlərini gərginləşdirmək istəmirlər: 

“Bilirlər ki, AXCP sədri ölkəmizdə siyasətə təsir edəcək fiqur olmaqdan çoxdan çıxıb. Bu səbəbdən də onu müdafiə etmirlər. Əli Kərimlinin nəyə görə tutulduğu və nələrdə ittiham olunduğu hər kəsə məlumdur. Qərb də Azərbaycanın Rusiyanın orbitinə qayıtmasını istəməz. Onlar da Əli Kərimlinin Rusiyaya çalışdığını bildiyi üçün ondan üz döndəriblər”. 

Elmir 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev Əli Kərimli Abbas Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri