Icma.az
close
up
RU
“Abbasovun yerində olsam, bütün futbolçuları dəyişərdim”

“Abbasovun yerində olsam, bütün futbolçuları dəyişərdim”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsini bir xalla bitirib. Fransa, Ukrayna və İslandiya ilə bir qrupda mübarizə aparan yığma yalnız Bakıda Ukrayna ilə heç-heçə edib – 1:1.

Millinin sabiq futbolçusu Ramal Hüseynov nəticələrlə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:

– 6 oyuna 1 xal. Nəticələri necə dəyərləndirirsiniz?
– Milli komanda son illərdə elə vəziyyətdədir ki, adam baxmaq istəmir, baxanda da ürəyi ağrayır. Futbolçuların keyfiyyəti çox aşağıdır. Bəzi matçlarda komanda heç döyüşmür, futbolçular yalandan meydanda qaçırlar. Milli qürur yeridi, bunu bəzi futbolçular başa düşmür.

– Ayxan Abbasovun təyinatından sonra mübarizə artıb…
– Düzdür, bir az fərq var. Amma yenə deyirəm, keyfiyyət o deyil. Abbasovun yerində olsam, bütün futbolçuları dəyişərdim. Cavanlara şans verərdim, onlar daha çox döyüşür. Nəticə pis olanda məşqi qınanır, amma nəzərə almaq lazımdır ki, əldə olan material budur.

– Aşağı yaş qruplarında da eyni vəziyyətdir. Kimi kimlə dəyişmək olar ki?
– Baxmaq, axtarmaq lazımdır. Bəzi futbolçular özlərini kloun kimi aparır. Sən futbolçusan, meydanda canını qoymalısan, döyüşməlisən. Yoxsa belə oynamaqla nəsə nəticə əldə etmək olmayacaq.

– Çıxış yolu nədir?
– Heyətdə dəyişiklik olmalıdır. Yenə deyirəm, aşağıdan başlayaraq, islahatlar olmalıdır. Tapşırıqla futbolçu oynatmağı yığışdırmaq lazımdır. Kim deyirsə ki, bizdə futbolçu yoxdur, yalandır. Sadəcə düzgün seçimlər lazımdır. Hər yerindən duranı məşqçi etmək olmaz. Aşağı yaş qruplarında yaxşı mütəxəssislər olmalı, seleksiya işləri düzgün aparılmalıdır. Bəzi məşqçilərimiz var ki, onlar olsa, daha yaxşı olar, amma indi işsizdirlər. Bütün yaş qruplarında işlər görülməlidir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri