Icma.az
close
up
RU
Abbaszadə ilə Əmrullayevin münasibətlərində yeni mərhələ İndi kim kimə tabedir?

Abbaszadə ilə Əmrullayevin münasibətlərində yeni mərhələ İndi kim kimə tabedir?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması təhsil idarəçiliyində maraqlı bir dəyişikliyə səbəb olub. Bu təyinat həm də indiyədək fərqli idarəetmə sistemlərində fəaliyyət göstərən iki yüksək vəzifəli şəxsin - elm və təhsil naziri Emin Əmrullayevlə Məleykə Abbaszadənin institusional münasibətlərində yeni vəziyyət yaradıb.

Modern.az xəbər verir ki, uzun müddətdir təhsil ictimaiyyətində və kuluarlarda Məleykə Abbaszadə ilə Emin Əmrullayev arasında münasibətlərin elə də isti olmadığı barədə söhbətlər dolaşırdı. Bu barədə təsdiqlənmiş məlumat olmasa da, onların təhsil idarəçiliyinə yanaşmalarının və səlahiyyətlərinin fərqli olması diqqət çəkirdi.

Məsələnin maraqlı tərəfi ondan ibarət idi ki, Məleykə Abbaszadə DİM sədri kimi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərmirdi. Onun rəhbərlik etdiyi qurumun hüquqi statusu və idarəetmə mexanizmi nazirlikdən fərqli idi.

DİM sədri nazirə tabe deyildi

2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir. Mərkəzin Nizamnaməsində onun fəaliyyətində müstəqil olduğu açıq şəkildə göstərilir.

DİM-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 2024-cü il tarixli fərmanda da qurum rəhbərliyinin Elm və Təhsil Nazirliyi ilə bağlılığı qeyd olunmayıb.

Bütün bunlar isə o demək idi ki, Məleykə Abbaszadə DİM-ə sədrlik etdiyi dövrdə Emin Əmrullayevin rəhbərlik etdiyi nazirliyin tabeliyində olan vəzifəli şəxs deyildi. DİM və Elm və Təhsil Nazirliyi ayrı-ayrı idarəetmə strukturları kimi fəaliyyət göstərirdi.

BDU-da vəziyyət fərqlidir

İndi isə vəziyyət dəyişir.

Bakı Dövlət Universiteti 2017-ci ildə Prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik quruma çevrilib. Nazirliyin adı sonradan Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilsə də, universitetin tabelik statusu qüvvədədir.

Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində də BDU nazirliyin tabeliyində olan ali təhsil müəssisələri sırasında göstərilir.

BDU-nun Nizamnaməsi bu münasibətləri daha konkret müəyyənləşdirir. Sənədə əsasən, universitetə münasibətdə təsisçinin bir sıra səlahiyyətlərini Elm və Təhsil Nazirliyi həyata keçirir. Bunlara universitetin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı səlahiyyətlər daxildir.

Nizamnamənin 6.1-ci bəndinə görə, universitetin fəaliyyətinə nəzarəti Elm və Təhsil Nazirliyi, həmçinin universitetin idarəetmə orqanları həyata keçirir. Nazirlik BDU-da planlı və plandankənar yoxlamalar da apara bilər. Universitetin illik hesabatı da nazirliyə təqdim olunur.

Başqa sözlə, BDU-nun rektoru artıq nazirliyin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsinin rəhbəridir.

Bəs Emin Əmrullayev Məleykə Abbaszadənin birbaşa rəhbəri olacaq?

Burada hüquqi baxımdan mühüm bir nüans var.

BDU-nun Nizamnaməsinin 4.10-cu bəndinə əsasən, rektoru vəzifəyə təyin və vəzifədən azad etmək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətidir. Məleykə Abbaszadə də məhz Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli sərəncamı ilə bu vəzifəyə gətirilib.

Deməli, Emin Əmrullayevin BDU rektorunu vəzifəyə təyin etmək və ya vəzifədən azad etmək səlahiyyəti yoxdur. Bu mənada rektorun birbaşa kadr rəhbəri nazir deyil.

Lakin universitetin nazirliyin tabeliyində olması, nazirliyin təsisçi səlahiyyətlərinin bir hissəsini həyata keçirməsi, fəaliyyətə nəzarət etməsi, hesabatları qəbul etməsi və bir sıra idarəetmə məsələlərində razılıq verməsi rektorla nazirlik arasında ciddi institusional bağlılıq yaradır.

Bu baxımdan Məleykə Abbaszadənin yeni vəzifəsində Emin Əmrullayevin rəhbərlik etdiyi nazirliklə əvvəlkindən fərqli idarəetmə münasibətləri formalaşacaq.

Bir sözlə, DİM-də müstəqil publik hüquqi şəxsin rəhbəri olan Məleykə Abbaszadə indi Elm və Təhsil Nazirliyinin tabeliyindəki ölkənin ən böyük ali təhsil müəssisələrindən birinə rəhbərlik edəcək.

Təhsil idarəçiliyində maraqlı sual da elə buradan yaranır: uzun illər fərqli idarəetmə müstəvilərində fəaliyyət göstərmiş iki şəxsin bundan sonrakı iş münasibətləri necə qurulacaq?
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri