Icma.az
close
up
RU
Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA “Boz kardinal” ondan ƏLİNİ ÇƏKDİ

Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA “Boz kardinal” ondan ƏLİNİ ÇƏKDİ

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı ötən gün yayımlanan qalmaqallı siyahıdan sonra Azərbaycan siyasi elitasının “boz kardinal”ı sayılan Ramiz Mehdiyevin ətrafındakı şəxslər haqqında da artıq “təmizləmə”nin başladığı qeyd olunur. Bu şəxslərdən biri də Abşeron rayonunun icra hakimi vəzifəsində çalışan Abdin Fərzəliyevdir.

“Yeni Çağ”ın əldə etdiyi məlumata görə, Abdin Fərzəliyev də yaxın zamanda istefaya göndəriləcək. Günü bu günə qədər Rusiyanın Həştərxan şəhərində geniş biznes şəbəkəsinə malik olan, böyük maliyyə imkanlarına sahib bu şəxs uzun illərdir ki, yüksək vəzifədə qalmağı bacarıb. Lakin son hadisələr göstərir ki, onun siyasi dayaqları artıq ciddi şəkildə sarsılıb.

A. Fərzəliyev uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş prezident köməkçisi Əli Həsənovun yaxın adamı kimi tanınıb. Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini kimi fəaliyyət göstərməsi və Partiyalararası əlaqələr və dialoq komissiyasında sədr müavini olması da onun hakimiyyət daxilində mövqeyinin güclü olmasına işarə edirdi.

Bununla yanaşı, onun Həştərxanda müxtəlif biznes sahələrinə nəzarət etdiyi, 35 milyon manatlıq otel biznesinə malik olduğu iddia edilir. Uzun illər ərzində formalaşan bu əlaqələr və biznes maraqları Fərzəliyevin vəzifədə qalmasına kömək etsə də, indi vəziyyət tamamilə dəyişib. Son dövrlər Mehdiyev-Həsənov tandeminin siyasi arenadan tamamilə uzaqlaşdırılması, xüsusilə Ramiz Mehdiyevin artıq iqtidar komandasında “arzuedilməz şəxs” elan olunması Abdin Fərzəliyev üçün də ciddi təhlükələr yaradıb.

Məhz bu səbəbdən, Abdin Fərzəliyevin də vəzifəsini itirəcəyi qeyd olunur. Abdin Fərzəliyev haqqında yayılan ən ciddi iddialardan biri onun Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalif qruplara maliyyə dəstəyi verməsi ilə bağlıdır. Xüsusilə hazırda İngiltərədə yaşayan və Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınan Qurban Məmmədovun ölkədə sahib olduğu əmlakların alınmasında Fərzəliyevin rolu olduğu iddia edilir. Bu cür ittihamlar onun vəzifəsindən uzaqlaşdırılmasını daha da sürətləndirə bilər.

Qeyd edək ki, Abdin Fərzəliyev siyasi karyerası boyu müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın sonradan obyekt tikmək üçün sökülməsinə icazə verməsi geniş ictimaiyyət tərəfindən tənqid olunub. Bundan əlavə, Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı da adı müxtəlif hallarda çəkilib. Mətbuatın iddialarına görə, o dövrdə Ramiz Mehdiyev öz ailə kassası hesab edilən Fərzəliyevi qorumaq üçün ictimai rəyə münasibətlərin pozulması görüntüsünü yaratmaq istəyib. Lakin qalmaqal səngiyəndən sonra onların yenidən birlikdə hərəkət etdiyi üzə çıxıb.

Son hadisələr isə göstərir ki, Abdin Fərzəliyevin siyasi dayaqları tamamilə zəifləyib və onun vəzifədə qalması getdikcə çətinləşir. Ölkədə aparılan kadr islahatları fonunda onun da yaxın zamanda postunu tərk edəcəyi istisna edilmir. Bu prosesin necə nəticələnəcəyi isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.

Məsələni diqqətdə saxlayacağıq…

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri