Britaniya “Zəngəzur”dan əlini çəkdi
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyulda məlumat yayıb.
Məlumatda bildirilir ki, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
Qeyd edilib ki, sözügedən gəmi “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” ittihamlarla sanksiyalar siyahısına daxil edilmişdi.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurası qəbul etdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 İyul 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















