Icma.az
close
up
RU
Daha bir Mehdiyev həbs ediləcək? “Boz kardinal”la bağlı YENİ İDDİA

Daha bir Mehdiyev həbs ediləcək? “Boz kardinal”la bağlı YENİ İDDİA

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəminə çevrilib.
Vaxtilə “boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “haqqin.az” saytında dərc edilən məqalədə bildirilib. Məqalədə qeyd olunur ki, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də onun qohumu kimi təqdim edilir.
General Ramiz Mehdiyevin “qohumu” kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Hətta bəzi iddialara görə, Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri açıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb.
2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edildi. Həmin dövr ölkədə Ramiz Mehdiyevin ətrafında artan qalmaqallar, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyindən onun istefasına gətirib çıxaran ictimai təzyiqlərlə yadda qaldı. Qərb gömrüyü isə Azərbaycan-Gürcüstan sərhədindəki ticarət və tranzit axınlarına nəzarət edən ən vacib strukturlardan biridir.
Lakin bu vəzifə uzun sürmədi. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərildi. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndirirdilər.
Təlman Mehdiyev barədə mediada daha bir diqqətçəkən iddia onun “EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq külə dönmüş bu obyektin arxasında generalın dayandığı iddia edilsə də, o, öz açıqlamalarında bu məlumatları qəti şəkildə təkzib etmişdi.
Son günlər isə Təlman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri