Icma.az
close
up
RU
Abdullah Ağar: “İrəli Karakol Dövləti” planı addım addım həyata keçirilir

Abdullah Ağar: “İrəli Karakol Dövləti” planı addım addım həyata keçirilir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdəki geosiyasi proseslər uzun illərdir ki, yalnız bölgənin deyil, bütün dünyanı maraqlandıran, kompleks və çoxsəviyyəli oyun meydanına çevrilib. Suriyada və İraqın şimalında baş verən hadisələr, əhalinin böyük qisminin dəstəkləmədiyi silahlı qrupların xarici dəstək hesabına geniş əraziləri nəzarət altına alması, həmçinin regional güclərin bu proseslərdə oynadığı rol, yalnız hərbi və siyasi məna daşımır. Bu proseslər həm də unitar dövlət anlayışını, milli sərhədlərin əhəmiyyətini və bölgədə gələcək nizamı ciddi şəkildə sınayır.

Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Sherg.az-a Suriyada və İraqın şimalında baş verən bu mürəkkəb vəziyyət, tərəflərin mövqeləri və imperiya maraqlarının necə işlədiyi barədə danışıb: 

"BMT-nin məlumatlarına əsasən, Suriyada 3-5 faiz kürd əhalisi yaşayır. Bununla belə, əhalinin böyük qisminin dəstəkləmədiyi YPG/PYD/PKK terror təşkilatı xarici silah, maliyyə və imperialist dəstək hesabına Suriyanın 30 faizini nəzarətə götürərək həmin ərazilərdə “hakimiyyət” iddiası irəli sürür. Onlar ölkənin artıq unitar (vahid) dövlət kimi mövcud ola bilməyəcəyini bildirir. Təşkilat bu iddianı yalnız bu gün yox, prosesin ilk günlərindən səsləndirir. İndi isə bu fikirləri Barzaninin himayəsi altında İraqda keçirilən toplantılarda, Barzanilərlə birlikdə ifadə edir. Əslində, Hələb və Dəməşq döyüşlərindən sonra ABŞ və Fransanın iştirakı ilə formalaşan Duhok “hüsranı” prosesinin inkişaf etmiş variantı olan “İraqın şimalı-Suriyanın şimalı” yaxınlaşması, əməkdaşlığı və inteqrasiyası məhz Duhokda açıq şəkildə dilləndirilir. Neçirvan Barzani “Suriyada mərkəzi idarəetmə sistemi ölkəni idarə etmək üçün doğru model deyil” söyləyərkən, YPG/PYD rəhbəri Mazlum Abdi “Suriyanın yenidən mərkəzi dövlətə çevrilməsi artıq mümkün deyil”,-deyir. 

Ekspert bu prosesin yalnız İraqın və Suriyanın şimal bölgələrindən ibarət olmadığını söyləyib:

"Bu proses bütövlükdə Suriyanı, İraqı, İranı və Türkiyəni maraqlandıran, regionu dərindən sarsıdacaq, hətta parçalama potensialına malik gizli bir planın mərhələli şəkildə irəlilədiyini göstərir. Hazırkı mərhələdə imperialist güclər İraq və Suriyanın şimalını faktiki olaraq birləşdirməyə hesablanan hibrid, post-modern və hərbi-siyasi “İrəli Karakol Dövləti” yaratmağın ardınca gedirlər. Onlar addım-addım irəliləyir, biz isə sadəcə seyr edirik. Həm Qəzzədə, həm Suriyada, həm də guya “terrorsuz Türkiyə” adıyla unitar struktura güzəştlər gözlənilən proseslərdə ovunmağa və ovudulmağa, yatmağa və yatızdırılmağa, ümid etməyə və ümid etdirilməyə, gözləməyə və gözlətdirilməyə, aldanmağa və aldadılmağa davam edirik. Tarix, millət, həqiqət və Yaradanın bu prosesdə kimi necə anacağı məni çox maraqlandırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri