Icma.az
close
up
RU
ABF rəsmisi: İspaniya üzərində qələbə həm də Olimpiadadakı məğlubiyyətin revanşı oldu

ABF rəsmisi: İspaniya üzərində qələbə həm də Olimpiadadakı məğlubiyyətin revanşı oldu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

İlk dəfə iştirak etdiyimiz turnirdə gümüş medal qazanmaq gözəl nəticədir və bu uğuru yüksək qiymətləndirirəm. Komandamız turnirdə çox yaxşı mübarizə apardı. Qızların göstərdiyi oyun və əzmkarlıqdan razı qaldım. Onlar sonadək döyüşdülər və böyük əzmkarlıq nümayiş etdirdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qadınlardan ibarət 3x3 basketbol millisinin Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Əsas hədəflərinin qrupdan çıxmaq olduğunu xatırladan ABF rəsmisi bildirib ki, yığma ilk oyunda güclü Kanada seçməsinə məğlub olsa da, ruhdan düşməyib: “İkinci matçda ev sahibi Tailand millisinə qalib gələrək qrupdan çıxmaq şanslarımızı saxladıq. Qrup mərhələsində həlledici oyunumuz əsas rəqiblərimizdən biri sayılan İspaniya millisinə qarşı oldu. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan rəqib turnirə Olimpiadada çıxış etmiş eyni heyətlə qatılmışdı. Komandamız ispanları məğlub etməklə Olimpiadadakı məğlubiyyətin də revanşını aldı və biz qrupdan çıxaraq yarımfinala vəsiqə qazandıq. Qrupda İspaniya yığması, yarımfinalda isə basketbolun yaradıcıları sayılan ABŞ yığmasına qarşı qazandığımız qələbələr bizim üçün çox önəmli və dəyərli nəticələrdir”.

F.Mahmudov final görüşündə rəqibin daha dəqiq oynadığını söyləyib: “Həlledici mərhələdə isə turnirin favoritlərindən hesab olunan Niderland millisi ilə üz-üzə gəldik. Rəqib komandanın uzaq məsafədən atışlarda daha dəqiq oynaması görüşün taleyini həll etdi. Nəticədə qələbə qazanan tərəf Niderland oldu. Məncə oyunun taleyini müəyyən edən əsas məqam da məhz bu amil idi”.

Qeyd edək ki, üç gün davam edən turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri