Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış Azərbaycan uşaq yazıçısı Sevinc Nuruqızının “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Kitab Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Təhsil” və “Çinar” nəşriyyatlarının birgə layihəsi əsasında özbək dilində nəşr olunub. Nəşrin rəyçisi filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Elnarə Akimovadır.

Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Özbəkistanın ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçılar, tərcüməçilər, nəşriyyat və kitabxana əməkdaşları, müəllimlər, uşaq bağçalarının yetirmələri, məktəblilər və uşaq ədəbiyyatına maraq göstərən qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bədii əsərlərin qarşılıqlı tərcüməsinin Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını bildirib. Vurğulayıb ki, “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşri gənc oxucuların dünyagörüşünün zənginləşməsinə, ortaq mənəvi dəyərlərlə tanış olmasına və iki xalq arasında dostluğun gələcək nəsillər arasında möhkəmlənməsinə töhfə verəcək.

“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov, “Çinar Yayımları” nəşriyyatının baş redaktoru və müəllifi Əli Hənifəyev, eləcə də “Xalq qəzeti”nin Türküstan üzrə müxbiri Qulu Kəngərli çıxışlarında kitabın nəşrinin əhəmiyyətindən, uşaq ədəbiyyatının təbliğindən və əsərin bədii-mənəvi xüsusiyyətlərindən bəhs ediblər. Huma quşu obrazının türk xalqlarının ortaq mifoloji yaddaşında tutduğu yer və mənəvi dəyərlərlə bağlılığı vurğulanaraq bu cür nəşrlərin ortaq mədəni irsin tanıdılmasına töhfə verdiyi bildirilib.

Özbəkistan Respublikası Uşaq Kitabxanasının mətbuat şöbəsinin müdiri Abbos Jumayev, “Turon” İnformasiya-Kitabxana Mərkəzinin baş kitabxanaçısı Mohira Ermatova və tərcüməçi-publisist Pirmuhammad Xolmatov uşaq ədəbiyyatının mənəvi tərbiyədəki rolundan, mütaliə mədəniyyətinin formalaşmasından və bədii əsərlərin uşaqların təxəyyülünə təsirindən danışıblar. Onlar kitabın özbək dilinə tərcüməsinin Azərbaycan ədəbiyyatının gənc özbək oxucularına tanıdılması baxımından əhəmiyyətini qeyd ediblər.

Kitabın müəllifi, Azərbaycan yazıçısı Sevinc Nuruqızı çıxışında əsərin ərsəyə gəlməsindən, onun əsas ideyasından və uşaqlara aşıladığı mənəvi dəyərlərdən danışıb. Yazıçı əsərinin özbək dilində nəşr olunmasından məmnunluğunu ifadə edərək, kitabın özbək uşaqları tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirib.

Tədbir çərçivəsində “Humay və sehrli Huma quşu” kitabı əsasında hazırlanmış qısametrajlı film də nümayiş etdirilib.

Təqdimat mərasiminin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən kitabın mövzusuna uyğun hazırlanmış kiçik teatrlaşdırılmış kompozisiya və əyləncəli səhnələr təqdim olunub. Uşaqların iştirakı ilə müxtəlif interaktiv oyunlar və əyləncə proqramı təşkil edilib.

Bədii proqramda Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı “Zəngəzur yallısı” rəqsini təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri