Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Aborta dur! demək öz əlimizdədir: necə?

Aborta dur! demək öz əlimizdədir: necə?

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Planlı ailə = sağlam ailə

26 sentyabr Beynəlxalq Kontrasepsiya Günüdür

2007-ci ildən başlayaraq, hər il 26 sentyabr tarixi Beynəlxalq Kontrasepsiya Günü kimi qeyd olunur. Bu günün məqsədi – hər bir hamiləliyin arzuolunan şəkildə reallaşdırılması, əhali arasında kontrasepsiya barədə məlumatlılığı artırmaqdır. Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya – hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır.

1 ildə 78 min abort!

Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaması” deyilir. Xüsusilə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq demək deyil. Ailə planlaması bir növ nəzarət altında olan doğuş sayı deməkdir. Bu o deməkdir ki, siz planlaşdırılmış hamiləlik yaşayırsınız və abort statistikasının yüksəlməsində iştirak etmirsiniz. 2022-ci ildə ölkəmizdə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Azərbaycanda 2024-cü il abort statistikasına görə ümumi abort sayı 78,245 olub. 15-17 yaş qrupunda olan qadınların abort sayı 72, 18-19 yaş qrupunda abort sayı 2,679, 20-24 yaş qrupu üzrə 13,054,

25-29 yaş qrupu üzrə 23,468, 30-34 yaş qrupu üzrə 23,645, 35-49 yaş qrupu üzrə 15,239 olub. 15-49 yaşlı qadınlar arasında hər 1 000 nəfərə 29,4 abort düşür. Abortların birinci hamiləlik kimi qeydə alınması halları 2,335 kimi qeydə alınıb.

Ailə planlaması nəzarətdən kənar hamiləlikdən qoruyur, ana-uşaq ölümlərinin qarşısını alır, qadın sağlamlığını qoruyur, körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin edir, yüksək riskli və arzu olunmayan hamiləliklərin qarşısını alır, daha gənc və ya ahıl yaşda istənməyən hamiləliyi önləyir.

Dünyanın bir çox ölkəsində ailələr ödənişsiz formada ailə planlaması seminarlarına cəlb edilir, subay və ya yeni ailə quran gənclər, övladı olan ailələr belə bu treyninqlərdə iştirak edirlər. Bəzi ölkələrdə doğum evlərində qoruyucu vasitələr də ödənişsiz paylanır, bu doğuşlar arası müddətin tənzimlənməsi üçün vacib hesab edilir. Həkimlər bildirirlər ki, doğuşlar arasında minimum 2 il müddət olmalıdır. Əgər birinci uşaqla ikinci uşağın arasındakı zaman bu qədər olmazsa uşağın və ananın həyatında təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyükdür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur.

Ailəni özün planla

Ailə planlaması bu zamanlarda qadınların köməyinə yetir. İndi tibbdə çeşidli qoruma vasitəsindən istifadə edilir ki, bunlar da prezervativ-örtüklər, qoruyucu dərmanlar, dərialtı implantlar və uşaqlıqdaxili spirallardır. Etibarlı və zərərsiz vasitə kimi daha çox uşaqlıqdaxili spirallar və dərialtı implantlar məsləhət görülür.

Prezervativlər bizim dilimizdə “örtük” anlamını verir. Örtük-prezervativ kişi toxum hüceyrələrinin (spermlərinin) qadının vaginal zonasına tökülməsinin qarşısını almaq üçün istifadə edilən vasitədir və o ailə planlamasının tətbiqi üçündür. Həkimlər bildirir ki, əgər doğru şəkildə istifadə edilərsə örtüklər hamiləlikdən qorunmaq üçün 95-98% etibarlı üsuldur.

Digər üsul isə xüsusi gel-kremlər, xüsusi iynələr və hormonal dərmanlardır. Bu vasitələr spermöldürücüdür və 80-85% etibarlıdır. Amma həkimlərin bir çoxu bu üsulun o qədər də yaxşı seçim olmadığını deyirlər. Belə ki, hamiləlikdən qoruyan bu üsul qadın hormonlarında problem və dəyişiklik yarada bilər.

Həkimlər tərəfindən ən etibarlı və zərərsiz hesab edilən üsullardan biri uşaqlıqdaxili spirallardır. Bu üsulun tətbiqi zamanı uşaqlığın ağzı bağlanır və yumurtalarla spermaların birləşməsinin və hamiləliyin reallaşmasının qarşısı alınır.

Son illər həkimlərin məsləhət gördüyü daha bir qoruyucu vasitə dərialtı implantlardır. Qadının qoluna xüsusi iynə vasitəsi ilə yerləşdirilən implant bədəndə arzuolunmaz hamiləliyin qarşısını alır. İmplant maksimum 3 il müddətinə qoyula bilər, amma, əgər qadın bu müddətdən tez hamilə qalmaq istəyərsə, onu vaxtından əvvəl də çıxartmaq olar, implant çıxarılan kimi bədənin hormonal balansı əvvəlki qaydaya düşür.

Məlumat üçün bildirək ki, Beynəlxalq Ailə Planlaması Federasiyasınının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında xüsusi bildirişi var. Həmin bildirişə görə bütün qadınların nəsil artırma zamanı sağlamlığını qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etmə hüququ var. Sözügedən bildirişə görə qadınların ailə planlaması haqqında lazımlı məlumatlarla tanış olması və olunması da zəruridir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri